RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



13 Iyun
2019
22:53
843



Çin səfirinin diplomatik fəaliyyəti başa çatıb

Xarici İşlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Çin arasında mövcud olan ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıldı, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

Səfir Vey Cinhua fəaliyyət müddəti ərzində Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib. Səfir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına sonuncu işgüzar səfərinə və bu səfər çərçivəsində baş tutmuş Çin Xalq Respublikasının Sədri Cinpin ilə görüşü, eləcə də Çin Xalq Respublikasının Xarici İşlər naziri Van İnin bu yaxınlarda Bakıya ilk rəsmi səfəri də daxil olmaqla tərəflər arasında son zamanlar həyata keçirilən yüksək səviyyəli qarşılıqlı təmasların ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə töhfə verdiyini vurğulayıb.

Səfir Vey Cinhua Çinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyinə dair mövqeyini bir daha ifadə edib.

Nazir E.Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Səfir Vey Cinhuana təşəkkür edib. O, ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd etdi və son zamanlar baş tutan qarşılıqlı səfər mübadiləsinin münasibətlərin daha da dərinləşməsinə təkan verdiyini bildirib. Nazir ölkəmizin Çinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə dəstək verməklə bağlı prinsipial mövqeyini alqışladığını vurğulayıb.

Elmar Məmmədyarov Səfiri Vey Cinhuaya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az