RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



14 Iyun
2019
16:20
681



AzMİU alimləri beynəlxalq distant müdafiəni izləyiblər

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Rusiya Federasiyasının Rostov İdarəetmə, Biznes və Hüquq İnstitutu arasında tədris, elmi-tədqiqat, sosial sahələrin inkişafı üzrə qarşılıqlı əlaqələrin yaradılması və inkişafı istiqamətində imzalanmış Əməkdaşlıq Müqaviləsinə müvafiq olaraq iyunun 13-də Rostov İdarəetmə, Biznes və Hüquq institutunda dissertasiya işinin distant müdafiəsi təşkil olunub.

Universitetdən Xeberoxu.az-a verilən məlumata görə, iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün Rostov İdarəetmə, Biznes və Hüquq İnstitutunun doktorantları Veysəl Kayaöz və Adnan Yüksəlin təqdim etdiyi dissertasiya işinin distant müdafiə edilməsində dissertasiya şurasının üzvləri kimi universitetimizin “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor M.Məmmədov, həmin kafedranın professoru H.Xəlilov, Sənayenin iqtisadiyyatı və idarə edilməsi kafedrasının professoru Ə. Əliyev, həmçinin, Tikinti-iqtisad fakültəsinin dekanı R.Qəribov, A.Ağayev və Ə.Əliyev iştirak ediblər. Eyni zamanda bu Dissertasiya Şurasının iclasına AzMİU ilə yanaşı, Türkiyə Cümhuriyyətinin, Moldova Respublikasının və Rusiya Federasiyasının universitetlərinin professorları da qoşulublar.

Dissertasiya Şurasında Veysəl Kayaöz “Türkiyədə autorizasiya olunmuş iqtisadi operator, onun Rusiya, Cənubi Koreya və Birləşmiş Ştatların proqramları ilə müqayisə və təkmilləşdirmə yolları” mövzusunda və Adnan Yüksəl “Türkiyədə azad zonaların idarəetmə sistemlərinin inkişafı” mövzusunda yerinə yetirdikləri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə ediblər.

 

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az