RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



14 Iyun
2019
17:10
1362



NATO-da Azərbaycanın təşəbbüsü ilə hazırlanmış Hərbi Bələdçinin təqdimatı keçirilib

Azərbaycan Respublikasının təşəbbüsü ilə “Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə YUNESKO Hərbi Bələdçisi”nin NATO-da təqdimatı keçirilib.

Azərbaycanın NATO yanında nümayəndəliyindən XeberOxu.Az-a verilən məlumata görə, Azərbaycanın maliyyə dəstəyi və YUNESKO-nun sifarişi ilə, İtaliyanın San-Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən 2016-cı ildə “Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Hərbi Bələdçi” hazırlanıb. Hərbi əməliyyatların planlaması və icrası zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının müddəalarının yerinə yetirilməsi üçün praktik tövsiyələr verən həmin Hərbi Bələdçi Azərbaycanın təşəbbüsü ilə  NATO-nun Əməliyyatlar Siyasəti Komitəsinin xüsusi iclasında təqdim edilib. NATO üzv dövlətləri və NATO-nun əməliyyatlarında iştirak edən tərəfdaş dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda NATO-nun, YUNESKO-nun, ölkələrin yüksək səviyyəli nümayəndələri və Hərbi Bələdçinin müəllifləri iştirak edib.

Azərbaycanı iclasda YUNESKO üzrə Milli Komissiyanın Baş Katibi Elnur Sultanov təmsil edib. Elnur Sultanov öz çıxışında mədəni mülkiyyətin qorunması üzrə Azərbaycanın YUNESKO çərçivəsində və milli səviyyədə həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verib, NATO və YUNESKO arasında qeyd edilən sahədə davamlı əməkdaşlığın əhəmiyyətini qeyd edib. Baş Katib Sultanov həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və  Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində mədəni mülkiyyəti kütləvi şəkildə dağıtması haqqında məlumat vermişdir. Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş Hərbi Bələdçinin silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması sahəsində effektiv praktik tövsiyələr verdiyini bildirən E. Sultanov Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsinə bundan sonra da dəstək verəcəyini bildirib. 

İclasda çıxış edən dövlətlərin, NATO-nun və YUNESKO-nun  nümayəndələri mədəni irsin qorunması sahəsində Azərbaycanın beynəlxalq müstəvidə aparıcı rolunu təqdir edib, Hərbi Bələdçinin əhəmiyyətini vurğulayıb və bu sahədə beynəlxalq əməkdaşlığın dərinləşdirməsinə verdiyi aktiv dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür ifadə ediblər. NATO nümayəndələri Hərbi Bələdçinin 1954-cü il Haaqa Konvensiyasının icrasına böyük dəstək olduğunu və NATO-nun hərbi təhsil, planlama və standartlaşma işində onun müvafiq qaydada nəzərə alınacağını bildiriblər.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az