RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



14 Iyun
2019
17:19
690



Qan verərək dəstək oldular

Cənubi Qafqazın ən böyük inşaat materialları şirkətlərindən olan "Mətanət A" şirkəti Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsinə də hər zaman xüsusi diqqət ayırır.

Şirkət ətraf mühitin qorunması, gənc kadrların inkişafı, eləcə də idman, mədəniyyət, təhsil və humanitar aksiyalara daim dəstək verməklə sosial məsuliyyətə verdiyi önəmi sərgiləməkdədir.

Bu gün şirkətdə daha bir humanitar aksiya baş tutub. Şirkət əməkdaşları 14 iyun Ümumdünya Qan
Donorları Günü münasibətilə qan veriblər. Aksiyada könüllülük əsasında şirkətin 40-a yaxın
əməkdaşı iştirak edib. B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları tərəfindən toplanan qandan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, bu "Mətanət A" şirkətində ilk qanvermə aksiyası deyil. Bu kimi tədbirlər şirkətdə davamlı olaraq keçirilir. Şirkət Korporativ Sosial Məsuliyyət proqramına uyğun olaraq hər zaman sosial-humanitar layihələrin tərkib hissəsi olmaqla öz korporativ vətəndaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu işləri davam etdirəcək.

2000-ci ildə əsası qoyulmuş "Mətanət A" şirkəti qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. Müasir texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanmışdır.

Hazırda şirkət 3 sistemdə, 24 mal  qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də
keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az