RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



14 Iyun
2019
18:45
792



Əli Əhmədov: Azərbaycanın müasir tarixi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əlaqəlidir

Azərbaycanın müasir tarixi Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdışı ilə bilavasitə əlaqəlidir.

Xeberoxu.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov YAP-ın inzibati binasında 15 iyun-Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə deyib.

Ə.Əhmədov vurğulayıb ki, 15 iyun Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli hadisələrindən biridir:

"90-cı illərin əvvəllərində müstəqillik bərpa ediləndən sonra hansı ağır, keşməkeşli günləri yaşadığımızı yaxşı bilirik. O zamankı hakimiyyətin böyük təhlükə mənbəyi olduğunu da unutmamışıq. Azərbaycanın mövcudluğu, müstəqilliyi təhlükə altında idi, xoşagəlməyən proseslər hökm sürürdü".

Ə.Əhmədov bildirib ki, xaos, dərəbəylik adi hal almışdı: “Bütün bunlar cəmiyyəti böyük bəlaya salmışdı. Yalnış tarixi qayıdışdan sonra Azərbaycan böyük bəlalardan xilas oldu, sabitlik, əmin- amanlıq yarandı və Azərbaycan inkişaf dövrünü yaşayaraq bu günə gəlib çatdı".

YAP üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, Milli Qurtuluş Günü parlament tərəfindən 1997-ci ildə qərarla qəbul edilib. O bildirib ki, Azərbaycan xalqı faktiki olaraq 22 ildir ki, bu bayramı qeyd edir: “Tarixdə hər hansı bir hadisə baş verirsə, ona eyni gündə qiymət vermək olmur. Buna zamanla layiqli qiymət verilir. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Beynəlxalq təşkilatlarda ciddi rol oynayır”.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az