RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



14 Iyun
2019
18:48
750



ADU rektoru Rumıniya səfiri ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşüb.

Universitetdən Xeberoxu.az-a verilən məlumata görə, qonağı salamlayan rektor yaxın tarixlərdə Rumniyaya səfərin nəzərdə tutulduğunu deyib.

Rektor universitetin Rumın dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açıb. O, universitetdə rumın dili öyrənən tələbələrin tədris proqramlarının genişləndiriləcəyini bildirib. Universitet rəhbəri görüşlərdə səsləndirilən təklif və ideyaların layihə formasında təqdim olunmasını məqsədəuyğun hesab edib və qeyd edib ki, bu, qarşılıqlı əlaqələrin inkişafına və möhkəmlənməsinə zəmin yaradacaqdır.

Öz növbəsində səmimi qəbula görə təşəkkür edən səfir D.İanku əməkdaşlığın inkişafında rektor Kamal Abdullanın dəstəyini, tələbə və müəllimlərə olunan köməkliyi yüksək qiymətləndirib. Səfir ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılışında iştirak edən Rumıniyanın Baş nazirinin müavini Ana Birçalın həmin səfərdən çox razı qaldığını, xoş təəssürat və xatirələrlə geri döndüyünü diqqətə çatdırıb.

O, Bakıda keçirilmiş I Azərbaycan-Rumıniya Universitetlərarası Forumunun növbəti planlarından söz açıb. D.İanku rumın dilini öyrənən tələbələrin tədris proqramları, eyni zamanda ADU-nun Rumıniyanın Babeş-Bolyay Universiteti ilə əməkdaşlığı çərçivəsində Latın dilinin tədrisinin bərpası haqqında təkliflər irəli sürüb.

Görüşdə təqaüd və təcrübə proqramları, tədqiqatların aparılması, təlim və layihələrin həyata keçirilməsi, ikili diplomların verilməsi üzrə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az