RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



16 Iyun
2019
11:53
747



Peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri görülür - Nazir

Hazırda orta məktəblərdə peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri aparılır.

XeberOxu.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Son illər ərzində Təhsil Nazirliyi tərəfindən tam orta təhsil səviyyəsində müxtəlif istiqamətlər üzrə təmayülləşmə layihələrinin həyata keçirildiyini xatırladan C.Bayramov qeyd edib ki, növbəti ildən yeni istiqamət olaraq tam orta təhsil səviyyəsində peşəyönümlü təmayüllü siniflərin yaradılması nəzərdə tutulur:

“Bu istiqamət üzrə hədəfimiz odur ki, Azərbaycanın müxtəlif bölgələrindəki 20 məktəbdə peşəyönümlü siniflər yaradaq. Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır. Ümid edirik ki, sentyabrdan orta məktəblərdə bu layihənin də icrasına başlanacaq”.

Nazir hesab edir ki, peşəyönümlü təmayüllərin yaradılması şagirdlərin tam orta təhsil səviyyəsinə cəlbinə müsbət təsir edəcək. Bu, eyni zamanda, məzunların gələcəkdə əmək bazarına daha asan inteqrasiyasını da təmin edəcək.

Hazırda işəgötürənlərlə birgə bununla bağlı müzakirələrin aparıldığını deyən C.Bayramov bildirib ki, işəgötürənlərin əmək bazarına olan tələbatı və onların ehtiyac duyduqları ixtisaslar üzrə gözləntiləri öyrənilir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az