13 Fev
2020
19:00
793

13
Fev
19:00



Çindən diri heyvanların idxalına qoyulan müvəqqəti məhdudiyyətin təsirləri açıqlandı

Koronavirusla əlaqədar Çindən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına qoyulan müvəqqəti məhdudiyyətin ölkəmizin qida məhsulları bazarına hansı formada təsir etdiyi açıqlanıb.

XeberOxu.Az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycana Çindən çox az miqdarda məhsul gətirilirdi. Buna görə də qoyulan məhdudiyyət qida qıtlığına səbəb olmayıb:

"Hesab edirəm ki, Çindən gətirilən qida məhsullarına qoyulan məhdudiyyət nə qida qıtlığına, nə də qiymət dəyişiminə səbəb olub. Bundan əvvəl də Çindən Azərbaycana kütləvi şəkildə nə diri heyvan, nə heyvan mənşəli məhsul, nə də quş əti idxal olunurdu. Olunurdusa belə, onun miqdarı Azərbaycanda qidalanmaya təsir edəcək qədər deyildi".

Q.Təhməzli əlavə edib ki, bu həftədən etibarən Azərbaycanda koronavirusla bağlı ölkəyə idxal olunan istənilən heyvan və heyvan mənşəli məhsullar, diri heyvanlar üzərində beynəlxalq standartlara uyğun olan ekspertiza həyata keçirilir. İndiyədək koronavirusla bağlı heç bir şübhəli hal aşkarlanmayıb.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda sevgililər özlərini dənizə atdılar - Qız öldü - TƏFƏRRÜAT







Bakıda eve oğurluqa girən qadını iş başında tutuldu -Video (18+)







Sürücü diqqətsizliyi qəzanı qaçılmaz etdi - VİDEO







Bakıda gecə saatlarında qəzaya uğrayan avtomobil yandı (VİDEO)


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.