RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



30 Iyun
2019
12:04
1650



Ölkə ərazisindəki faktiki hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki faktiki hava şəraitini açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən XeberOxu.az-a verilən məlumata görə, iyunun 29-u axşam və 30-da Qara dəniz istiqamətindən hərəkət edən nisbətən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti dəyişib, qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Yağış: Ağdamda 23 mm (aylıq normanın 37 %-i), Şahdağda 22 mm, Daşkəsəndə 22 mm (aylıq normanın 19%-i), Xaltanda19 mm, Gədəbəydə 19 mm (aylıq normanın 15%-i), Zərdabda 16 mm (aylıq normanın 68 %-i), Tərtərdə 14 mm (aylıq normanın 28 %-i), Kişçayda 14 mm (aylıq normanın 13%-i), Göygöldə 13 mm, (aylıq normanın 10%-i), Göyçayda 12 mm (aylıq normanın 26 %-i), Şəmkirdə 12 mm (aylıq normanın 23 %-i), Oğuzda 10 mm, Altıağac, Quba, Şabran, Gəncədə 9 mm, Naftalanda 8 mm, Qusar, Kürdəmir, Tovuzda 7 mm, Yevlax, İsmayıllıda 6 mm, Bərdədə 5 mm, Şəki, Mərəzə, Qəbələdə 4 mm, Balakən, Ağdərədə 3 mm, Qrız, Xınalıq, Xaçmaz və Ağstafada 2 mm, Şamaxı, Mingəçevirdə 1mm olub.

Külək: Qərb küləyi arabir Naftalanda 32 m/s, Mingəçevirdə 28 m/s, Gəncədə 24 m/s, Bərdə və Ağstafada 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,5 metrə çatıb. Bu gün havanın temperaturu ayın 29-u ilə müqayisədə 8-10 dərəcə aşağı enib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Hava proqnozu xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az