Azərbaycanda koronavirusla bağlı xəbərlər
Çimərliklər üzrə axtarış - Cimerlik.az
Bütün xəbərlər



02 Iyul
2020
16:25
29534
02
Iyul
16:25



Ölkədə saxta tibbi maskalar yayılıb

Bu gün pandemiyaya görə ölkədə tibbi və qoruyucu maskalara təlabat artdığından bazarda saxta maskaların satışına başlanıb. Apteklərdə satılan əksər maskalar keyfiyyətsiz və nəfəs qorumağa yararsızdır. Artıq bu cür şikayətlər artmaqda davam edir. Azərbaycanda hazırda maska istehsalı ilə məşğul olan iki fabrik tam gücü ilə fəaliyyət göstərir və ölkə üzrə maska təminatını tam ödəməyə qadirdir. Belə bir vəziyyətdə saxta maskalar hansı şəraitdə və nə məqsədlə hazırlanır?

Bu arada, Sumqayıtda fəaliyyət göstərən “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsi istehsal gücünü artırıb.

XeberOxu.Az-ın məlumatına görə,bu barədə açıqlamasında “Gilan Tekstil Park” MMC-nin marketinq şöbəsinin müdiri Aslan Vəliyev deyib. Onun sözlərinə görə, fabrik artıq tam gücü ilə işə başlayıb: "İlk fəaliyyətə başlayanda fabrik sutkada 140 min maska istehsal edirdi. Müəyyən müddətdən sonra istehsal artırıldı. Hazırda fabrik sutkada 300 min maska istehsal edir. Fabrikdə 3 qatlı tibbi maska və tekstil parçasından tikilən maskalar birdəfəlik istifadə üçün nəzərdə tutulmayıb. Parça keyfiyyətli olduğundan yuyularaq yenidən istifadəyə yararlıdır".

A.Vəliyev ölkədəki apteklərdə yararsız və keyfiyyətsiz maskaların istehsalına da münasibət bildirib. O qeyd edib ki, həmin maskaların bir qismi xarici ölkədən gətirilir, bir qismi isə gizli sexlərdə hazırlanır: "Bizim tibbi maskalar 3 qat və antibakterial qoruyucu ilə hazırlanır. Bəzi apteklərdə satılan keyfiyyətsiz maskalar isə birqatdır. Bu maskalar standartlara da cavab vermir".

Bakı Tekstil Fabrikinin sahibi Səkinə Babayeva də bildirir ki, maska istehsalı müəssisəsi tam gücü ilə fəaliyyətə başlayıb: "Hazırda müəssisədə gün ərzində 180-200 min maska istehsal olunur. Növbəti həftəyə istehsal gücümüzü sutkada 350 min maskaya çatdıracağıq. Fabrik hazırda 4 cür maska istehsal edir ki, həmin maskalar da xüsusi antibakterial qoruyuculardan hazırlanır. Hazırda müəssisənin 2 milyon maska ehtiyatı var. İstehsal edilən maskaların 150-200 mini satışa çıxarılır. Hazırda 6,5 milyon maskalıq hazır xammal ehtiyatımız var. Bizim istehsal etdiyimiz maskaların xammalı Türkiyədən dövlət səviyyəsində razılıq əsasında gətirilir və keyfiyyəti tam olaraq standartlara uyğundur".

Sahibkar deyir ki, istehsal etdikləri məhsulun keyfiyyəti barədə hər gün Nazirlər Kabineti yanında Operativ Qərargaha məlumat verilir: "Maskaların keyfiyyəti barədə hər gün qərargaha hesabat veririk və məhsullarımızın keyfiyyəti də daim nəzarətdədir. Amma bu gün gizli sexlərdə zərərli maddələrdən hazırlanan maskalar satılır. Bu maskalar heç bir standartlara cavab vermir, heç bir qorumaya malik deyil. Bildiyimə görə, həmçinin hazırda xaricdən Azərbaycana maska gətirilir. Dövlət bu sahəyə xüsusi diqqət ayırır və ölkədə maska qıtlığının yaranmaması üçün əlindən gələni edir. Bundan istifadə edən bəzi işbazlar da gizli yollarla keyfiyyətsiz maska istehsal edərək əhaliyə satırlar. Çox istərdim ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı araşdırma aparıb ölkədə istehsal edilən maskaların keyfiyyətini yoxlasınlar. Əgər belə bir yoxlama aparılsa, zirzəmilərdə keyfiyyətsiz maska istehsal edən şəxslər ifşa olunar. Məsələn, bizim tibbi maskalarımızın biri 23-24 qəpiyə başa gəlir. Biz isə bu maskaları 30 qəpikdən baha satmırıq ki, əhali ondan istifadə edə bilsin. Amma bəzi işbazlar müxtəlif növ zərərli maddələrdən gizli yollarla maska istehsal edərək apteklərə çıxarır. Həmin keyfiyyətsiz maskaların maya dəyəri 6-7 qəpikdən baha olmur. Bizim maskalarda bakterioloji filter qatları var. Amma indi peyda olan gizli sexlər həmin parçaya oxşar, heç bir qoruyucuya malik olmayan parçalardan maska tikib satırlar. Onlar əsasən şalvarların iç qatının materiallarından xammal alıb maskalar tikirlər. Bu isə nəinki insanı qoruyur, əksinə insan orqanizmi üçün təhlükə törədir. Həmin işbazlar bu cür materialları hətta Türkiyədən də gətirirlər. Nəticədə bazarı saxta maskalar bürüyür. Həmin işbazlar da bu maskaları yerli maska adı ilə satırlar. Bizim istehsal etdiyimiz maskanın alt qatı 30 qram, orta qatı 25 qram, üst qatı isə yenə 30 qramdır. Ümumilikdə maskanın çəkisi 75 qramdır ".

S.Babayeva bildirir ki, bu cür işbazlara qarşı xüsusi tədbirlər görülməli və saxta maska istehsalının qarşısı alınmalıdır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Kişmişin içərisindən 5 kiloqram narkotik çıxdı







Bakıda sərnişin avtobusu yanıb







Beyləqanda ev yanıb







Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.