XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



12 Yan
2021
17:55
576
12
Yan
17:55



Ötən il Bakı metropoliteni 10 yeni ventilyator alıb

Bakı metropoliteni ötən il metro stansiyalarının havalandırma sisteminin müasirləşdirilməsi üçün bir sıra addımlar atıb.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, Ventilyatorlar metropolitendə pandemiya dövründə ən çox müzakirə edilən mövzu olub: "Sərnişindaşıma dövründə bu qurğuların işi məhz pandemiyaya qarşı profilaktik tədbirlər çərçivəsində təmin edilərək, stansiyaların mütəmadi təmiz hava axını şəraitində olması təmin edilib və güclü ventilyatorlar dövrün tələbinə uyğun qrafiklə çalışıb. Sərnişinsiz dövrlərdə isə qatarların hərəkətindən yaranan porşen effektli hava axını olmadığından tunel və avadanlıqların geoloji mənfi təsirlərdən qorunması məqsədilə ventilyatorların işi daha fərqli qrafiklə təmin edilib. Bütün bunlarla yanaşı, metropolitendə havalandırma sisteminin yaxşılaşdırılması istiqamətində 2020-ci il xüsusilə yaddaqalan olub. Pandemiyanın məhdudiyyətlərinə rəğmən Rusiyanın “Ventprom” şirkətinin istehsalı olan 10 yeni güclü ventilyatorun və onların idarəetmə sistemlərinin ölkəyə gətirilməsi təmin edilib və onlardan 8-nin quraşdırılması başa çatdırılıb. Eyni qayda ilə, metropoliten üçün su təchizatı və müxtəlif suvurma sistemlərinin yeniləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib, onların hər biri metropolitenin daha səmərəli işinin optimallaşdırılmasına xidmət göstərib".

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb -Video







Cəlilabadda qadın əri tərəfindən öldürüldü







Qonşusunu evində boğaraq qətlə yetirən 18 yaşlı gənc tutulub







Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər aşkarlanıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.