# EVDƏQAL
# EVDƏQAL



23 May
2020
04:31
1747

23
May
04:31



ÜST: Cənubi Amerika pandemiyanın yeni episentrinə çevrilir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Amerikada yeni növ koronavirusa yoluxma hallarının sürətlə artmasını narahatlıqla izləyir.

 XeberOxu.Az-ın məlumatına görə,  beynəlxalq təşkilatın fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bu qitənin pandemiyanın yeni episentrinə çevrildiyini bildirib. Onun sözlərinə görə, qitədəki vəziyyət həyəcan doğurur, lakin qitədəki bütün ölkələr içərisində ən gərgin vəziyyət Braziliyada müşahidə olunur. Bu ölkə ötən günlərdə Cənubi Amerikada pandemiyanın yeni ocağına çevrilib. Rəsmi rəqəmlərə görə, hazırda Braziliya ABŞ və Rusiyadan sonra bütün dünyada ən çox yoluxma halının qeydə alındığı üçüncü ölkədir. İndiyədək bu ölkədə 310 min yoluxma və 20 min ölüm halı qeydə alınıb.

Ekspertlərin rəyinə görə, rəsmi statistikadan kənar “kölgə rəqəmləri“ daha yüksəkdir, çünki Braziliyada digər ölkələrlə müqayisədə testlər az aparılır. İndiyədək bütün Cənubi Amerika qitəsində 617 min nəfərin COVID-19-a yoluxduğu müəyyən edib, 34 mindən çox insan bu xəstəliklə əlaqədar vəfat edib.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri







TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb -VİDEO







Lerikdəki Büzeyir qalası qədim insan məskənidir







Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.