18 Iyun
2020
00:27
15674

18
Iyun
00:27



Ürək xəstəliklərindən qorumağın yolu açıqlandı

ABŞ-ın Çan Xalq Sağlamlığı Məktəbinin alimləri ürək-damar xəstəliklərindən qorunmaq üçün yeni bir üsul kəşf edib.

XeberOxu.Az-ın məlumatına görə, bu barədə "JAMA Internal Medicine" jurnalında dərc olunan məqalədə bildirilib. Tədqiqatçılar Aralıq dənizi pəhrizi daxil olmaqla alternativ sağlam qidalanmanın müxtəlif növləri və dörd sağlam yemək nümunəsinin göstəricilərini araşdırıb.

İndeks hesablama üsulları fərqli olmasına baxmayaraq, modellərin hər birinə tam taxıl, tərəvəzlər, meyvələr və daha az qazlı içkilər, qırmızı və işlənmiş ət daxil edilib.

Mütəxəssislər iki il ərzində 165,794 qadının və 43.339 kişinin sağlamlıq məlumatlarını təhlil edib. Yaş, bədən kütləsi indeksi və siqaret çəkmək daxil olmaqla çoxsaylı amilləri nəzərə aldıqdan sonra məlum olub ki, sağlam qidalanma rejiminin hər hansı birinə ciddi riayət olunması ürək-damar xəstəlikləri risklərini aşağı salır. Eyni zamanda, sağlam pəhrizin ən yüksək indeksi xəstəlik ehtimalını 14-21 faiz azaldıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ölkədə saxta tibbi maskalar yayılıb







“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək







Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi







AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək -VİDEO


Digər Maraqlı xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.