Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



18 Sen
2020
12:21
18666
18
Sen
12:21



Üzeyir Hacıbəyli - Taleyi tarixlə birləşik dahi

Bu gün, 18 sentyabr, böyük bəstəkarımız, Qarabağın yetirdiyi dahilərdən biri, bəlkə də ən birincisi, akademik musiqimizin tarixini başladan bəstəkarın, maarifçi, xeyriyyəçi, təkcə Azərbaycanın deyil, bütün Qafqazın ən görkəmli şəxsiyyətlərindən biri Üzeyir Hacıbəyovun doğum günüdür.

Azərbaycanın sənət tarixində bütün taleyi – dünyaya gəlişindən tutmuş ölümünə, yaradıcılığına qədər bütün ömrü öz ölkəsinin, daha sonra yaşadığı regionun və hətta dünya tarixi ilə bu qədər bağlı, birləşik ikinci şəxsiyyət tapmaq çətindir. On doqquzuncu əsrin sonları, iyiriminci əsrin ortalarına qədər Azərbaycanı cənginə almış bütün siyasi proseslər, regionun müqəddəratını müəyyən edən taleyüklü hadisələr Üzeyir Hacıbəylinin də taleyində öz əksini taparaq, bu böyük şəxsiyyətin həyatının axarını müəyyən edib.

Üzeyir Hacıbəylinin anası Şirin xanımı Şuşa ziyalılarından olan Əbdülhüseyn bəy üçün Qarabağın son şahzadəsi Xurşidbanu Natavan özü bəyənib seçmişdi. Şuşanın yetirdiyi gəlmiş-keçmiş ən heyrətamiz şəxsiyyəti 1885-ci ildə Ağcabədidə, məhz Xuşidbanu Natavanın burdakı mülkündə doğulmuşdu.

Atası Natəvanın mirzəsi olduğu, Xan qızının sevdiyi ailə olduğu üçün, Şuşanın bütün intellektual və sənət məclisləri hələ yeniyetmə ikən Üzeyirin üzünə açılmışdı. Gözəl təhsil ala bilmiş, rus dilini mükəmməl öyrənmişdi. Qori Müəllimlər seminariyasında dünya klassikası, dünya incəsənəti, dünya müasir fikri ilə tanış olmuş və vətəninə qayıtdıqdan sonra uzun müddət pedaqoq kimi faəliyyət göstərmiş, Cəbrayıl qəzasında, Bakıda rus dili, tarix və musiqidən dərs deyərək, xalqının övladlarına təhsil vermişdi. Amma bununla da kifayətlənməyərək, rus-türk, türk-rus dili lüğəti tərtib etmişdi.

Amma onun bioqrafiyasının ən parlaq səhifəsi, Üzeyir bəyi lokal şəxsiyyət olmaqdan çıxarıb, bütün Qafqazın fenomeninə çevirən fəaliyyəti isə, təbii ki, bəstəkarlığı idi. Maraqlıdır ki, cəmi dörd il ərzində yazdığı üç operetta “Ər və arvad”, “O olmasın, bu olsun” və “Arşın mal alan”ı o hələ peşəkar musiqi təhsili almadan yazmış və bu üç operetta bütün Qafqazda, Türkiyə, Bolqarıstan və Çar Rusiasında olmazın şöhrət qazanmışdı.

1913-cü ildə, artıq bütün Qafqazda məşhurlaşmış operettalarından gələn qonorar ona Peterburqa gedib, orda peşəkar bəstəkarlıq təhsili almağa imkan vermişdi. Amma cəmi bir il sonra başlayan Birinci Dünya Müharibəsi Üzeyir bəyin təhsilini yarımçıq qoydu və o yenidən Bakıya qayıtmışdı. 1920-ci ildə, Sovet İttifaqının qurulduğu ilk illərdə bəy nəslindən olan və sinfi düşmən elan edilən böyük bəstəkarı güllələnmənin bir addımlığından Nəriman Nərimanov xilas etmişdi. Onun sənətinin heyranları arasında Stalinin özü belə var idi və diktatorun bu heyranlığı böyük bəstəkarın repressiya illərindən sağ çıxmasına zəmin yaratmışdı.

Məşhur rus şairi Mixail Lermontov Qafqaz mövzusunu öz əsərlərində, məktublarında ən çox əks etdirən ədiblərdən biridir. Lermontov məktublarının birində azərbaycan dilini fransız dili ilə müqayisə edir və deyirdi: “Qafqazda türk dilini bilmək çox vacibdir və burdakı millətlərin çoxu bu dildə danışa bilir. Avropa üçün Fransız dili nədirsə, Qafqaz üçün də burdakı türklərin dili odur”.

Böyük şairin gəldiyi qənaət boşuna deyildi. Çünki on doqquzuncu əsrin sonları, iyirminci əsrin əvvəllərində, Qafqazın mədəniyyət və inzibati beşiyi Tiflis, sənaye və ticarət paytaxtı isə Bakı idi. Neft və ticarətin mərkəzi Bakı olduğu üçün, işgüzar əlaqələr, Avropadan gələn biznes kampaniyaları ilə münasibətlər burda qurulurdu. Buna görə də, azərbaycan dilinin bütün region üçün iqtisadi, ticari vacibliyi vardı və bütün Qafqazda gürcü, erməni, çeçen, kürd və digər millətlərin böyük şəhərlərdə yaşayan qismi bu dildə danışa bilirdi.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir - Deputat







Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək - Vüsal Qasımlı







Prezident İlham Əliyev xalqa müraciət edir







Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.