Haqqımızda Reklam Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








05 Dek
2018
10:13
207



İcra Hakimiyyətində qışa hazırlıq toplantısı keçirildi

2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın yekunlarının  vəziyyəti ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın iclası keçirilib.

İH-dən XeberOxu.Az-a daxil olan xəbərə görə, İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, mövsümə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Şura iclasında 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verilərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərərgah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi bildirilib.

Qeyd olunub ki, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki  və növbətçilik təsdiq olunub. 

Şura iclasında Nəsimi  Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Nəsimi rayon Sukanal İdarəsinin, Nəsimi  Enerji Təchizatı və Satışı İdarəsinin, Bakı Regional Qaz İstismar Departamentinin Nəsimi rayonu üzrə texniki istismarı xidmətinin, rayon İstilik Sistemləri İstismar Sahəsinin rəhbərləri çıxış ediblər.

Müzakirələr zamanı  məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdirləri Coşqun Cəbrayılov və  Ayaz Hüseynov, Bakı şəhər MKTD-nin rəisi Rəfail Mehralıyev, çıxış edərək şəhər təsərrüfatının  payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini,  bütün təsərrüfat subyektlərində  qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin  görülməsi barədə tövsiyyə və tapşırıqları nəzərə çatdırıblar və bu işlərin şəhər üzrə yaradılmış Qərərgah tərəfindən koordinasiya olunduğunu  bildiriblər. 

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Gündəm xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]