XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



12 Yan
2021
15:41
1099
12
Yan
15:41



İcra Hakimiyyətindən sahibkarın şəhid məzarı ilə bağlı iddiasına CAVAB

Bakıda sahibkar icra hakimiyyətindən şikayət edir.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Paylaşımda vətəndaş Binəqədi Rayon İcra başçısının şəhidlərin məzar daşlarının hazırlanmasını sahibkarların üzərinə qoyduğunu iddia edir. Onun sözlərinə görə, icra hakimiyyəti ondan beş şəhidin məzar daşının hazırlanmasını tələb edib.

Bu tələbdən imtina edən sahibkarları isə incidərək, təzyiq göstərirlər.

Özünün Qarabağ qazisi olduğunu deyən şəxs beş ildir 222 min manat pul ödəyib aldığı ərazidə işləməyə imkan verilmədiyini və ona biri 370 manat olan 40 ədəd zibil konteyneri aldırıldığını iddia edir.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Rayon icra hakimiyyətinin Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Rəşid Əmirlinin iddiası həqiqəti əks etdirmir:

“Sözügedən iddia ilə əlaqədar olaraq bildiririk ki, AR Şəhərsalma və Arxitektura Komitəsinin 23 sentyabr 2020 tarixli 04\02-1963 saylı məktubu ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki 10 may küçəsinə gedən yolda, qəbiristanlığın hasarına bitişik (qaz xəttinin mühafizə zolağında) 30 kv.metr sahədə metal konstruksiyalardan quraşdırılma işlərinin və 150 kv.metr sahədə betonlanma işlərinin qanunsuz aparılmasının müşahidə olunması barədə məlumat daxil olub.

Yerli səviyyədə şəhərsalma nəzarətinin təmin edilməsi və qanunsuz zəbt etmənin qarşısının alınması ilə bağlı yerində tərtib edilmiş akt RİH-nə göndərilib. R.Əmirli tərəfindən torpağa dair hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Vətəndaşa özbaşına quraşdırılmış metal konstruksiya işlərinin dayandırılması və sahənin əvvəlki vəziyyətinə qaytarılması tövsiyə edilməsinə baxmayaraq, müxtəlif bəhanələrlə imtina edərək, əssasız iddalar irəli sürüb.

Məlumat üçün bildiririk ki, müvafiq qaydaların tələblərinə uyğun olaraq özü tərəfindən qanunsuz şəkildə quraşdırılmış metal konstruksiyalar sökülüb. 12 yanvar 2021-ci il tarixində vətəndaş Rəşid Əmirli rayon rəhbərliyi tərəfindən qəbulda olarkən ona qanunvericiliyin tələbləri izah olundu və vətəndaş gələcəkdə müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsinə söz verdi. Odur ki, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən iddia olunan “beş şəhid məzarının üstünün götürülməsi” tələbi isə həqiqəti əks etdirmir”.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu







Cəbhəboyu ərazilərdə çoxlu sayda silah-sursat aşkar edilib







Tərtərdə gizli fəaliyyət göstərən kafe aşkarlandı







Şabranda qanunsuz ov edən şəxslər saxlanıldı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.