AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





10 Iyun
2019
00:30
279



İdman gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum oldu

Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında idman gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum olub.

Xeberoxu.az-ın məlumatına görə, çoxnövçülüyün (balans, temp və kombinasiya edilmiş hərəkətlər) nəticələrinə əsasən “balacalar” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Hüseyn Mustafazadə (45.850 xal, "Ocaq Sport") tutub, ikinci yerdə Məhəmməd Rüstəmzadə (45.100 xal, Bakı gimnastika məktəbi), üçüncü yerdə isə Mikayıl Səttərov (43.750 xal, Bakı gimnastika məktəbi) qərarlaşıb.

Çoxnövçülüyün nəticələrinə əsasən “balacalar” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda ən yaxşı nəticəni Lalə Zamanlı göstərib (39.366 xal), ikinci yeri Leyla Məmmədzadə (38.132 xal), üçüncü yeri isə Albina Əliyeva (38.132 xal) tutub. Gimnastlar "Ocaq Sport" klubunu təmsil edirlər.

Çoxnövçülüyün nəticələrinə əsasən “kiçiklər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Ruslan Əliyev (42.200 xal, Bakı gimnastika məktəbi), ikinci yeri isə Emil Cəbrayılzadə (41.950 xal, Sumqayıt) tutub.

Xatırladaq ki, ötən gün idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatında "böyüklər", "gənclər", "yeniyetmələr" və "uşaqlar" yaş kateqoriyalarında qaliblər müəyyən edilib.

Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbini, "Ocaq Sport" Klubunu, "Neftçi" İdman klubunu, Nizami rayonu idman məktəbini, Sumqayıt və Balakənini təmsil edir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mehriban Əliyeva Yasamalda 11 saylı körpələr evi-uşaq bağçasında - FOTO







Çimərliklər pulsuz olmalıdır - RƏSMİ







Deputatlar bu gün növbədənkənar iclasa toplaşır – Gündəlikdə 36 məsələ var







Vaşinqtonda Azərbaycanın Respublika Günü münasivəti ilə təntənəli ziyafət təşkil edilib -FOTO


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az