12 Yan 2021
16:57
![]() |
12
Yan 16:57
![]() İğdır-Naxçıvan qaz kəməri üçün yaxın aylarda boru istehsalı başlayacaq İğdır-Naxçıvan qaz kəmərinin tikintisi üzrə tenderin yaxın aylarda başa çatması gözlənilir. XeberOxu.Az-ın məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib. O bildirib ki, tenderdən dərhal sonra boruların istehsalı başlayacaq: "Biz tikintini 12 ay ərzində başa çatdırmağı planlaşdırırıq. Bu, İğdırın strateji əhəmiyyətini artıracaq ən vacib layihələrdən biridir". Nazir əlavə edib ki, qaz kəmərinin yolunda yerləşən yaşayış məntəqələri də gələcəkdə bu layihədən qaz ala biləcək. Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri layihəsinə əsasən İğdır şəhərindən Naxçıvana (Sədərək) 85 km boru kəməri çəkiləcək. Boru kəməri SOCAR və Türkiyənin “BOTAŞ” şirkətinin birgə əməkdaşlığı ilə inşa olunacaq. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Cəbhəboyu ərazilərdə əl qumbaraları, mərmilər və minalar aşkarlanıb - ANAMA
Tərtərdə gizli işləyən kafenin sahibi cərimələndi
Maştağada narkotik alverçisinin evindən beşbarmaq çıxdı
Kürəkənini bıçaqlayan şəxs hakim qarşısına çıxarılır
|