Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə




11 Yan
2019
15:00
522



İlahiyyat İnstitutunda İctimai Nəzarət Şurasının üzvləri imtahan sessiyasının gedişatını izləyiblər

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri imtahan keçirilən otaqlarda olub, ayrı-ayrı fənlər üzrə qış imtahan sessiyasının prosesini izləyiblər.

Aİİ-dən Xeberoxu.Az-a  verilən məlumata görə, Nəzarət Şurasının üzvləri tələbələrin sessiyaya hazırlığı, sualların tərtibatı, imtahan prosesi barədə müəyyən söhbətlər aparıblar.

Aİİ rektoru Ceyhun Məmmədov İctimai Nəzarət Şurasının üzvlərinə imtahan prosesi barədə ətraflı məlumat verib, sualları cavablandırıb. O bildirib ki, 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə sessiya dövründə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək üçün operativ qərargah yaradılıb. C.Məmmədov imtahanların bir qayda olaraq yazılı, zərurət yarandığı hallarda şifahi və test formasında keçirildiyi barədə Nəzarət Şurasının üzvlərini məlumatlandırıb. İmtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə İnstitut rəhbərliyi tərəfindən xüsusi komissiyanın yaradıldığı, imtahanlara nəzarətin müəllim-koordinatorlar tərəfindən həyata keçirildiyi qeyd edilib. İmtahanlar arasında 2 gündən az olmayan müddətin təyin edildiyi, imtahana ayrılan zamanın 2 saat müəyyənləşdirildiyi barədə İctimai Nəzarət Şurasının üzvlərinə məlumat verilib.

Qeyd olunub ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün lazım olan şərait yaradılıb. İmtahan otaqlarının qarşısında müraciət və təklif qutuları asılıb. Hər gün imtahanlar yekunlaşdıqdan sonra qutular açılaraq, tələbələrin şikayətlərinə baxılır və problemlər həll olunur.

Xatırladaq ki, İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşlarının və təhsil alanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







“Dərman mafiyası”nın üzvləri azadlıqda - Məhkəmə qərarı +Yenilənib







Nursultan Nazarbayev istefa verib







Bakıda yeniyetmə qızı döyən Ağstafa sakini saxlanılıb







Azərbaycanlı döyüşçü çeçen rəqibini nokauta saldı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az