Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Noy
2019
09:01
400

14
Noy
09:01



“Dublyajda səs çələngi” adlı bədii gecə keçiriləcək

Noyabrın 15-də Nizami Kino Mərkəzində “Dublyajda səs çələngi” adlı bədii gecə keçiriləcək.

XeberOxu.Az-ın məlumatına görə, tədbirdə Azərbaycanda 1937-ci ildə yaranan dublyaj sənətinin tarixinə nəzər salınacaq, inkişaf mərhələsindən, bugünkü fəaliyyətindən bəhs ediləcək. 

“Çapayev” filmi ilə başlayan dublyaj sənəti uğurlu inkişaf mərhələsi keçib, hər il “Azərbaycanfilm” kinostudiyasında onlarla film Azərbaycan dilinə dublyaj olunub. Xarici filmlərin doğma dilimizdə təqdim olunması ekran əsərlərinin məna və məzmunun daha aydın başa düşülməsinə səbəb olub, kinosevərlərin dünya kinosu ilə yaxından tanış olmasına imkan yaradıb. Bununla yanaşı, dublyaj sənəti üzrə püxtələşən sənətkarlarımız danışıq dilindən istifadə qaydalarını ətraflı şəkildə izah edib, Azərbaycan dilinin daha da sevilməsinə səbəb olub. 82 ildir ki, xalqa xidmət edən, ana dilimizin keşiyində duran, bu gün də inkişaf mərhələsini yaşayan dublyaj sənətinin əsas məqsədi dövlət dilindən istifadənin yaxşılaşmasına təkan vermək, Azərbaycan dilinin zənginliyini qorumaqdır.


 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yevda Abramovun dəfn mərasimi niyə gecikir?







Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər







Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı







Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az