Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Noy
2019
12:10
255

16
Noy
12:10



“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

Bakı Dövlət Universitetində (BDU) “Clarivate Analytics” agentliyinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Valeria Kurmakaeva “Beynəlxalq elmi jurnalların axtarıb tapılması və onlarda nəşr olunmağın yolları” mövzusunda təlim keçib.

BDU-dan XeberOxu.Az-a  verilən məlumata görə, təlimdə Universitetin professor-müəllim heyəti, magistrant, doktorant və dissertantları iştirak ediblər.

Valeria Kurmakaeva “Web of Science” platformasına daxil olmaq üçün elmi məqalələr qarşısına qoyulmuş tələblər, onları təqdimetmə qaydaları, seçim meyarları, yırtıcı jurnallarla bağlı problemlər, elmi məhsuldarlıqla əlaqədar digər göstəricilər haqqında məlumat verib. O, həmçinin son illərdə dünyada alimləri aldatmaq və pullarını mənimsəmək məqsədilə "yırtıcı jurnallar"ın üzə çıxdığını diqqətə çatdırıb.Bildirib ki, bu tip nəşrlər göndərilən məqalələri tez bir zamanda dərc edir, məqaləyə dair resenziyanı qısa müddətdə verir və ödənişi dərhal tələb edirlər. Bundan əlavə, sözügedən nəşrlərin kollegiya heyəti haqqında heç bir məlumat alimlərlə təqdim olunmur. “Web of Science” platformasında nüfuzlu və impakt faktorlu jurnalların olduğunu deyən Valeria Kurmakaeva, alimləri bu məsələdə diqqətli olmağa çağırıb.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Xatırladaq ki, ötən il “Web of Science” bazasına daxil olan nəşrlərdə BDU alimləri 341 məqalə dərc etdirilib və bu məqalələrə 1735 dəfə (yalnız 2018-ci ildə dərc etdirilmiş öz-özünə istinadı (self-citation) çıxmaq şərti ilə 247 dəfə) istinad olunub. Ümumiyyətlə, 1975-ci ildən başlayaraq “Web of Science” bazasına daxil olan nəşrlərdə Universitet alimləri tərəfindən 2725 məqalə dərc etdirilib və bu məqalələrə 9499 dəfə istinad olunub.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yevda Abramovun dəfn mərasimi niyə gecikir?







Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər







Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı







Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az