Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Noy
2019
19:26
184

16
Noy
19:26



Bakıda III Beynəlxalq Uroonkologiya simpoziumu keçirilib

Bu gün Bakıda Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə III Beynəlxalq Uroonkologiya simpoziumu keçirilib.

XeberOxu.Az-ın məlumatına görə, simpoziumun açılış mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin direktorunun birinci müavini Fuad Quliyev bildirib ki, tədbirdə azərbaycanlı mütəxəssislərlə yanaşı, Türkiyə, Almaniya, Hollandiya, Rusiya, Ukrayna, Belarus və Gürcüstandan gəlmiş onkoloq-həkim və tədqiqatçılar iştirak ediblər.

F.Quliyev qeyd edib ki, onkoloji xəstəliklər bugünkü səhiyyənin ən aktual məsələlərindən biridir: "Dünyada onkoloji xəstələrin sayı getdikcə artmaqdadır. Lakin ən önəmli məsələ onkoloji xəstəliklərlə uğurlu mübarizə aparmaq üçün insanların maarifləndirilməsidir. Eyni zamanda peşəkar kadrların hazırlanmasına da ehtiyac var. Bu kimi tədbirlərin əsas mahiyyəti həm də qarşılıqlı fikir mübadiləsi aparmaq və bu sahəni bir az da inkişaf etdirməkdir. Bakıda onkoloji xəstəliklərlə bağlı simpoziumun keçirilməsinin məqsədi budur".

Direktor müavini qeyd edib ki, bu gün səhiyyənin inkişafı üçün qarşılıqlı fikir mübadiləsinin aparılmasına ehtiyac var. Bu sahənin mütəxəssisləri öz təcrübələrini bir-biri ilə paylaşmalıdırlar.

Qeyd edək ki, simpoziumda uroonkoloji xəstəliklərə müasir yanaşmanın rolu, ona müxtəlif yanaşma aspektləri müzakirə edilib.

Tədbirdə "Azərbaycanda uroonkoloji xidmətin təşkili", "Urologiya təlimində standartlar", "Prostat xərçəngində aktiv müşahidə" və s. mövzularda çıxışlar dinlənilib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yevda Abramovun dəfn mərasimi niyə gecikir?







Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər







Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı







Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az