Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Noy
2019
10:47
291

17
Noy
10:47



Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatlarının qalibləri müəyyənləşib

Noyabrın 16-da Sumqayıt Olimpiya İdman Kompleksində akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan çempionatının və Bakı Açıq Çempionatının və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Çempionatının və Bakı Birinciliyinin qalibləri müəyyənləşib.

XeberOxu.Az-ın məlumatına görə, "uşaqlar" (2003-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında qadın cütlüklərinin tərkibində çoxnövlülük üzrə proqramın (balans, temp və kombinə olunmuş hərəkətlər) nəticələrinə görə 26-cı Azərbaycan Çempionatı və Bakı Açıq Çempionatının mükaftçıları Zarina Musayeva və Mələk İbrahimova (birinci yer, 69.050 xal), Anastasiya Mazanova və Məryəm Məmmədova (ikinci yer, 67.500 xal), Selcan Axundzadə və Əsmər Rəhmətzadə (üçüncü yer, 62.000 xal) olublar. Birinci və üçüncü yerləri tutan idmançılar "Ocaq Sport" idman klubunu təmsil edir, ikinci yerin qalibləri Bakı gimnastika məktəbini təmsil edir.

"Uşaqlar" yaş kateqoriyasında qarışıq cütlüklərdə birinci pilləni Rauf Cabbarov və Samirə Rüstəmova cütlüyü (79.200 xal), gimnastlar Bakı Gimnastika Məktəbini və "Ocaq Sport" idman klubunu təmsil edirlər. İkinci yeri "Neftçi" idman klubunun nümayəndəsi - Həmid Rəfiyev və Emin Əhmədov cütlüyü (60.600 xal) tutub.

"Uşaqlar" yaş kateqoriyasında qadın qrupları arasında ən yaxşı nəticəni Bakı gimnastika məktəbinin nümayəndələri - Nəzrin Zeyniyeva, Anahita Bəsxiri, Zəhra Rəşidova (74.500 xal), ikinci yeri "Ocaq Sport" idman klubunun yertirmələri Diana Məmmədova, Dinara İbadova, Narmin Ağamirzazadə (71.850 xal) tutublar.

"Uşaqlar" yaş kateqoriyasında kişilər qrupunda çıxış edən "Ocaq Sport" idman klubunun nümayəndələri İlyas Allahverdiyev, Elvin Vəliyev, Rəvan Zeynallı, Həsən Hüseynli 72.050 xal toplayıblar.

"Yeniyetmələr" yaş kateqoriyasında (2001-2010) kişi cütlüyündə çıxış edən "Ocaq Sport" idman klubunun Şabran filialının şagirdləri Murad Əzizov və Nihat Zeynalov 65.900 xal nəticə göstəriblər.

"Yeniyetmələr" yaş kateqoriyasında qadın cütlüklər arasında birinci yeri Bakı gimnastika məktəbinin və "Ocaq Sport" idman klubunun nümayəndələri Emiliya Xəlilova və Samirə Rüstəmova (75.200 xal), ikinci yeri isə "Neftçi" idman klubunun yetirmələri Mina Beydiyevva və Ayla Zakiryayeva (71.680 xal) tutublar.

"Yeniyetmələr" yaş kateqoriyasında qarışıq cütlüklərdə Nizam Həmidulin və Mehriban Salamova (79.650 xal) ən yaxşı nəticə göstəriblər, Sabir Ağayev və Milana Əliyeva (78.950 xal) ikinci, Aylin Məmmədova və Turan Məmmədov isə üçüncü yerdə ( 77.700 bal) qərarlaşıblar. Bütün gimnastlar Bakı Gimnastika Məktəbini təmsil edir.

Bakı Gimnastika Məktəbinin yetirmələri - "yeniyetmələr" yaş kateqoriyasında qadınlar qrupunda çıxış edən Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadə 84.000 bal toplayıblar.

"Yeniyetmələr" (2000-2008) yaş kateqoriyasında kişi cütlüyünün tərkibində Bakı Gimnastika Məktəbinin yetirmələrin Daniel Abbasov və Murad Rəfiyevin cıxışı hakimlər tərəfindən 84.820 xalla qiymətləndirilib.

Milli komandanın nümayəndələri Abdullah Əl-Myaşayhi və Ruxidil Qurbanlı "böyüklər" yaş kateqoriyasında (2006-cı il təvəllüdlü və daha yuxarı) qarışıq cütlüklərdə 30.390 xal toplayıblar.

Milli komandanın nümayəndələri Seymur Cəfərov və Murad Akperov "böyüklər" yaş kateqoriyasında kişi cütlükləri arasında 28.190 xal topladılar.

"Körpələr" yaş kateqoriyasında (2011-2012) qadınların fərdi proqramında aerobika gimnastikası üzrə 5-ci Azərbaycan çempionatının və Bakı çempionatının mükafatçıları Qəmər Ağaqulu (birinci yer, 14.983 xal), Ayan Qasımova (ikinci yer, 14.850 xal), Ayan Ağayeva (üçüncü yer, 14.583 xal) olublar. Gimnastlar "Ocaq Sport" İdman Klubunu təmsil edirlər.

"Körpələr" kateqoriyasında üçlüklər arasinda birinci yeri "Ocaq 1" (13.550 xal), ikinci yeri "Ocag 4" (13.533 xal), üçüncü yeri "Ocaq 2" (12.616 xal) üçlüyü tutub.

"Uşaqlar" (2008-2010) yaş kateqoriyasında Məryəm Topçubaşova (17.433 xal) fərdi qadın proqramında birinci, Fidan İbrahimova (17.183 xal) ikinci, Evelina Kozlovskaya (16.866 xal) üçüncü yeri tutub. Gimnastların üçü də "Ocaq Sport" İdman Klubunu təmsil edir.

“Uşaqlar” kateqoriyasında üçlüklər arasında ən yaxşı nəticəsini “Ocaq 1” (16.933 xal), ikinci yeri “Ocaq 3” (15.066 xal), üçüncü yeri isə “Ocaq 6” (14.666 xal) üçlüyü tutub.

"Uşaqlar" kateqoriyasında qruplar arasında "Ocaq 4" (16.583) komandası birinci, "Ocaq 1" (15.300 xal) ikinci, "Ocaq 2" (15.300 xal) üçüncü yeri tutub.

"Uşaqlar" yaş kateqoriyasında aerodens proqramında "Ocaq 2" komandası (15.950 xal) lider olub, "Ocaq 1" komandası (14.783 xal) ikinci, "AyUlduz-2" komandası (14.566 bal) isə üçüncü yerdə qərarlaşıb.

"Yeniyetmələr" (2005-2007) yaş kateqoriyasında qadınlar arasında fərdi proqramında (2005-2007) Dilarə Qurbanova (18.600 xal) birinci, Nesrin Hacızadə (17.983 xal) ikinci, Leyla Becanova (17.216 xal) üçüncü yerə layiq görülüblər. Hər üç gimnast "Ocaq Sport" İdman Klubunu təmsil edir.

"Yeniyetmələr" yaş kateqoriyasında üçlüklər arasında ən yaxşı nəticəni "Ocaq 2" (18.233 xal) komandası göstərib, ikinci yerdə "Ocaq 1" (17.616 xal) komandasıdır.

"Yeniyetmələr" yaş kateqoriyasında qruplar arasında birinci yeri "Ocaq 1" komandası (17.666 xal), ikinci yeri "Ocaq" 2 komandası (17.200 xal) tutub.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Narkotikə görə tutulmuş jurnalist məhkəmə qarşısında







Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - Azərbaycanda ŞOK hadisə







“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”







Deputat oğlunun həbs müddəti uzadıldı


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az