Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Sen
2019
05:00
2547

10
Sen
05:00



Lənkəranda qədim maddi-mədəniyyət nümunələri aşkarlanıb

Lənkəranın Sütəmurdov kəndində həyətyanı sahədə su quyusundan qədim maddi-mədəniyyət nümunələri aşkar edilib. Tapıntıların tədqiqi üçün AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinə müraciət olunub.

XeberOxu.Az-ın məlumatına görə, Mərkəzin əməkdaşları quyuya baxış keçiriblər. Təqribən eni 1, dərinliyi 5 metr olan quyunun profilində qalınlığı 3 metrdən yuxarı olan mədəni təbəqə aşkarlanıb. Tapıntının orta əsrlərə aid olduğu müəyyən edilib.

Lənkəran Regional Elmi Mərkəzinin elmi işçisi, a.ü.f.d. Samir Kərimov aşkarlanan materialların 2 qrupa ayrıldığını bildirib. Alimin sözlərinə görə, birinci qrup şirsiz saxsı məmulatıdır. Bunlar orta tutumlu küplər və işıqlandırma vasitələri olan çıraqlardır ki, onlar da əsasən məişətdə istifadə olunub. İkinci qrup saxsı qalığı isə əsasən şirli saxsı məmulatından ibarətdir. Həmin şirli saxsı məmulatının tədqiqi burada XII-XIII əsrlərə aid qalın mədəni təbəqəyə malik yaşayış yerinin mövcud olduğunu göstərir.

Mütəxəssisin rəyinə görə, yanğın izləri, saxsı qırıntıları, kömür qalıqları və qalın kül qatı sübut edir ki, hələ ta keçmişdən burada intensiv həyat olub. Sonralar abidənin üzərində kənd yaşayış yeri salındığından mədəni təbəqə qismən də olsa, dağıntılara məruz qalıb.

Samir Kərimov əlavə edib ki, bu abidəni Sütəmurdov yaşayış yeri kimi də xarakterizə etmək olar. Tapıntı yeri Lənkəran çayının sahilindən təqribən 700-800 metr aralıda yerləşir. Hələ 2017-ci ildə qonşu Velədi kəndində də orta əsrlərə aid bu cür yaşayış yeri aşkar edilib. Saxsı məmulatının analizi bu iki yaşayış yeri arasında bənzərliyin olduğunu göstərir.

Yazılı mənbələrdə Lənkəran şəhərinin əsasının XVII-XVIII əsrlərdə qoyulduğu qeyd olunsa da, əldə olunan, eyni zamanda, təsadüf nəticəsində aşkarlanan maddi-mədəniyyət nümunələri Lənkəran şəhəri yaxınlığında yaşayışın hələ XII-XIII əsrlərdə mövcud olduğunu bir daha sübut edir.

Yeni tapıntılar tədqiq olunması üçün Lənkəran Regional Elmi Mərkəzinin Arxeologiya şöbəsinə təqdim olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az