Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Sen
2019
00:03
828

16
Sen
00:03



Sərdar gərək çirkli əlini ora sürtməsin...

Falaqqadan süni intellektə. Böyük yoldur. Çətin və doğru yoldur. Amma bu gün kimlərsə yenidən falaqqaya qayıtmaq istəyir. "Əlif zəbər ə", "bey zəbər bə", "tey zəbər tə"...

Xeberoxu.Az Milli.Az-a bildirir ki, bunu Mir Şahin "Hesabat" proqramənda deyib. O söyləyib: "Onların da öz həqiqətləri, 12-ci İmam kimi xüsusi zəkaları var. Onların məqsədi və hədəfi onlardan ötrü heç də mücərrəd deyil. Bununla heç də hansısa dindarın imanını qıdıqlamaq, aşağılamaq istəmirəm. Sadəcə olaraq, Azərbaycan dövlətinin dünyəvi məzmununu xatırladıram. Və xüsusi qeyd təklif edirəm. Bundan sonra bəzi xarici dövlət başçılarının Azərbaycana səfərlərinin proqramını tərtib edərkən dəqiq əmin olmaq lazımdır ki, məqsəd Nizaminin türbəsini ziyarətdir, yoxsa menyuda başqa məzarüstü ziyafətlər də var!

Azərbaycan elə dövlətlərlə həmsərhəddir ki, onların ərazisindən şəffaf məhsullar da daxil olur. 10 milyonluq multikultural ölkə İran və Türkiyə kimi müsəlman ölkələrindən də, Rusiya Federasiyasının dövlətimizlə həmsərhəd olan müsəlman subyektlərindən də güclü təsirə, dini küləklərə məruz qalır. Azərbaycan dövlətinin müstəqilliyi həm də minbərlərdə qorunmalıdır. Bunu xütbə oxuyanlarımız etməlidir. Başını əyib alnını Azərbaycan torpağına qoyan hər bir dindar etməlidir.

Bizim qibləmiz Məkkədə ola bilər. Amma qiblədən də artığımız, vətənimiz Azərbaycandır. Biz Suriyanın, Liviyanın taleyindən yaxşı başa düşürük ki, min bir gecə nağılları ilə fanatik dindarların minbər gecəsindən doğan qara ay parçası bəzən qəbzəsiz qılınc kimi dövlət polisinin qarnına soxulur.

Bu həftə Azərbaycanın dövlət maraqlarını təhdid edən son dərəcə ciddi çağırışlar müzakirə edildi. Təşkilatçı partiya da sanki təsadüfən Ana Vətən deyildi. Belə də demək olardı. Ana Vətən çağırır!

Fəzail Ağamalının təşəbbüsü ilə, Yeni Azərbaycan Partiyasının dəstəyi və yaxından iştirakı ilə təşkil edilən dəyirmi masada dövlətimizin xaricdən məruz qaldığı təsir və təzyiqlər müzakirə edilirdi.

Əvvəlcə, kiçik bir arayış verim. Azərbaycanda sabitliyi pozmağa çağıran ayrı-ayrı antidövlət fərarilər xarici ölkələrin ərazisindən İnternet resurslarından istifadə etməklə ölkədaxili qaragüruhun da ovqatına hesablanan addımlar atır. Bunu edənlər kimlərdir: Qurban Məmmədov, Qənimət Zahid, Orduxan Temirxan, Sevinc Osmanqızı, Tural Sadiqli...

Dəyirmi masa ətrafına yığılanlar arasında bu adamlara ya birbaşa, ya da dolayısı ilə dəxli olanlar da var idi. Məsələn, Sərdar Cəlaloğlu "bir payız axşamı" avantürasının müəllifi Qurban Məmmədlinin qardaşı idisə, Azərbaycandan qaçıb xaricə sığınmaq istəyənlərin qeydiyyatı və oturum icazəsinə birbaşa baxan birinin yaxın qohumu da burdaydı. Sərdardan fərqli olaraq, bu adam doğrudan dövlətə sədaqətlidir. Ona görə də əminəm ki, o sözün coğrafi mənasında uzaq qohumuna vətəndaş həyəcanını çatdırıb artıq. İnanıram. Daha doğrusu, inanmaq istəyirəm.

Məsələnin bu tərəfinə, yəni qohumların məsuliyyət məsələsinə gələn həftələrdən birində qayıdacağam. İndi isə...

Əli Əhmədov hesab edir ki, belə görüşlərin dövlətə, vətəndaşların siyasi təfəkkürünün mükəmməlləşməsinə faydası olacaq. Nikbindi bir sözlə. Amma mən o qədər də optimist deyiləm. Çünki ölkə müxalifətinin xəritəsi o qədər qarışıqdır ki, burada qara güruh kimdir, ağ, yəni ali siyasi müxalifət kimdir, bəlli deyil. Qaragüruh konkret olaraq Əli Kərimlinin ətrafında birləşir. Onların konsepsiyası söyüş, təhqir və təhdiddir. 1992-ci iln mart ayında Ali Sovetin qarşısında deputatlara qapaz vuran, parlament binasının pəncərələrini qıran siyasi yarlıqlı kütlənin demontaj olunmuş, yeni mutasiyası. Onlar dəqiq bilirlər ki, heç vaxt iqtidara gələ bilməyəcəklər. Çünki peşəkarlıqları yoxdur, savadları yoxdur, tərbiyələri yoxdur. Silahları təhqir və söyüşdən ibarətdir.

Əslində onlardan ötrü söz azadlığı elə söyüş azadlığıdır. Yenilik də var. Əli Kərimli və İlqar Məmmədov debata çıxacaqmış. "Uşaqlar çəkilün, dala durum, indi Makedi=onla Namiq vurışəceylər!"

Yeri gəlmişkən, sosial şəbəkələrdə bir sorğuya rast gəldim: "Ana müxalifət lideri olmağa kim layiqdir?" İlqar Məmmədov ciddi fərqlə irəlidədir. Deməli, qaragüruh o qədər bəsirətsiz, o qədər həvəssiz, yalnız söyüş və təhqirə o qədər aludədir ki, özünün lideri Əli Kərimlinin uduzmasına dözür. Baxmayaraq ki, mən bu fikirdə deyiləm. Neçə illərdir müxalifətdə təkbaşına nəsə etməyə çalışan, tərəfdarlarının böyük bir qrupunu vaxtaşırı itirən, faktiki olaraq ömrünün son 26 ilini mübarizədə qoyan Əli Kərimlini İlqar Məmmədov necə yenə bilir axı? Hanı Əli Kərimlinin Məhsulları, məsulları? 26 ildir e. Bir igidin Lermontov ömrü e.

Nəsə. 26 il demişkən. 26 ildir ki bu siyasi molekullar ora-bura çovuyur, gah istidən genişlənir, gah soyuqda sıxılır, heç nəyə çevrilə bilmir ki bilmir. Bircə fakt deyəcəm ki, bu siyasi təfərrüatların istinad bazalarının heç nəyə yaramazlığı dəqiq aydın olsun. Adətən özünü azadlıq hərəkatı, müxalifət qüvvələrinin başında gedən liderlər kimi təqdim edənlər dövlətə təsir göstərmək istəyəndə neynirlər? Zavodlarda, fabriklərdə çalışanlara, iş adamlarına müraciət edərək onları zabastovkalara, tətillərə çağırırlar. İndi siz təsəvvür edə bilirsizmi belə bir çağırış ola bilər və ya effekt verə bilər? Adama deyərlər ki, get ə, burdan! Mənim evimə çörək aparacaqsan sən? Bax elə bircə bu fakt göstərir ki, ölkədə qaragüruhun inqilabi addımı üçün kiçik bir şans belə yoxdur. Onu da unutmayaq ki, son illərin inqilab projeləri müsəlman ölkələrində qalib gəlmir. Qalib gəlsə də, dövlətə, millətə, xalqa qalib gəlir. Bu layihələr bir qayda olaraq eyni ssenari qrupları tərəfindən işlənir. Keçmiş sovet məkanı üçün işlənən, daha doğrusu redaktə edilən inqilab platforması Suriya modelinə uyğunlaşdırılıb.

Azərbaycanın qaragüruhu da eyni ramedici çubuğu altında oynadılır. Məsələn, Suriya inqilabı da sosial çağırışlarla başlamışdı. Su çatışmazlığından şikayət edən kəndlilər ilk dəfə etiraz aksiyasına çıxdılar və bundan sonra ölkədəki proseslər idarəolunmazlaşdı. Bu gün qaragüruhun inqilab platformasında mövcud olan 4-lük əslində eyni maketin küncləridir. Qaragüruhun bazası Bakıda Əli Kərimlinin ətrafındadır. Amerikada Osmanqızı öz xüsusi xidməti ilə alma dişləyir. Qənimət Avropada Zahidlik edir. Arif Məmmədov isə SSRİ Müdafiə Nazirliyinin hərbi institutunun məzunu kimi öz işini görür. Onun işi də bilirsiz nədir. Suriya inqilabında Kamral Əl Xəraninin rolu.

Arif Məmmədov həbəş dilini sərbəst bilir. Ərəb baharının keçdiyi bütün ölkələrdə tətbiq olunmuş, əksəriyyətində öz dırnaqarası bəhrəsini vermiş təlimin Azərbaycan dilinə tərcüə edilməsi. Hər şey bu qədər sadə və bəsit. Arif Məmmədov elə bilir ki, çox peşəkar dipolmatdır və kimsə ona deyə bilməz ki, gözün üstə qaşın var. Yox. Deyə bilərik və bilirik. Hətta nəinki qaşı var, qaşının tatu olduğunu da, rənglədiyini bilirik. Vəzifədə olduğu dövrdə onun Heydər Əliyev, İlham Əliyev haqqında dediyi tərifnamələri buradan elan edəcəyik hələ. Gözləyin. Hansı reputasiyaya malik olduğunu, işdən qovulacağını bildiyindən hansı tələsik addımlar atdığını, dövlətin diplomatik nümayəndəliyə ayırdığı vəsaitdən özünə hansı küçədə necə böyük malikanə tikdirdiyini, səfirliyin beş maşınını özünə, ailəsinə necə işlətdiyini sizə faktlarla göstərəcəyik. Və yeganə haldır ki, Arifə bir işarəylə kifayətlənməyəcəyik! Bu adamın nə qədər qeyri-ciddi birisi olduğunu və məhz elə buna görə də ərəb inqilabının təhrif olunmuş tərcüməsini belə fərsiz şəkildə qaragüruha çatdırdığını göstərəcəyik sizə.

Təsəvvür edirsiz: Hamı onu Zülümov adlandırırmış. Bilirsiz niyə görə? Adamın bir köhnə portfeli varmış. Həmkarlarının, hətta rəhbəri olduğu əməkdaşların barəsində çuğul məlumatları toplayırmış. Özündən vəzifəcə kiçiklərlə şit və düşük zarafatlarına görə adını... Özü yaxşı bilir...

Qaragüruhun ərəb dili tərcüməçisi. Əl Xərainin bərbad kopyası. Bu adamlar Azərbaycanda sosial müstəvidə hərəkat başlamaq istəyirdilər. İlham Əliyevin yeni islahatlar paketinə mane olmaq üçün hansı hoqqalardan çıxmadılar.

Yeni məsələ isə uşaq pullarının artırılması tələbilə məlumatsız kütlənin yadına nəyisə salmaq idi. Əslində müxtəlif adlar altında Azərbaycanda uşaqlara yönəli ünvanlı pul verilməsi arxa plana atılırdı. Dövlətin 1 milyard 600 milyon manatdan artıq pulunu şantaj yoluyla onun əlindən almaq, bununla da Azərbaycan bazarlarını pul basqınına məruz qoymaq kimi aqibətə çalışmaq idi məqsəd. Mənə aydın oldu ki, burada uşaqların pulu yox, böyüklərin oyunu var.

Həmkarım, həmişə soyuqqanlı yanaşması və riyazi məntiqilə seçilən İbrahim Məmmədlinin təbirincə desəm, məqsəd bu idi: əsas hədəf isə təbii ki, ölkədə sosial sabitliyə ciddi töhfə verən və pozitiv sosial gözləntini təmin edən pensiya və əmək haqqının artımı siyasətini və yaradılmış mexanizmi pozmaqdır. Odur ki, "əmək haqqı və pensiyaların artırılması" tərəfdarları Prezidenti süni uşaq pulu problemilə şantaj edənlərə cavab verməlidirlər. Ona görə ki, süni uşaq pulu problemi məhz əmək haqqı və pensiya artımı siyasətinə qurulmuş tələdir".

Belə. Və bütün bunlardan sonra yenidən "Park İnn" otelinə qayıdıram. Millət vəkili Fazil Mustafa, məncə, antiazərbaycan fərarilərin təqdimatının dəqiqliyi üçün dilimizə uğurlu bir ifadə gətirdi: "sosial mühacirlər". Bu insanların siyasi mühacirətə heç bir dəxli yoxdur. Onların bütün mövcudluqları yalnız maddi istək və tələblərdən yaranmış mədə manifestinə əsaslanır. Onların Azərbaycanda da dayaqları var, təbii ki. Məsələn, Qurban Məmmədlinin çıxışlarını izləyənlər onun dilindən dəfələrlə eşidiblər ki, bu hüquq avantüristi Azərbaycan xalqını bir payız axşamı küçələrə çıxıb Azərbaycanda qanuni hakimiyyəti devirməyə, hətta yabadan, baltadan, beldən istifadə etməyə çağırır. İstinad etdiyi də xalqın üsyan hüququdur. Guya BMT-nin belə bir sənədi var.

Elə onun qardaşı Sərdar Cəlaloğlu da eyni məntiqlə çıxış edir. Eyni təxribata istinad edir. Baxmayaraq ki, qardaşını müdafiə etmədiyini hər vəchlə nümayiş etdirməyə çalışır. "Qardaşıma görə məsuliyyət daşımıram" deyir. Amma onunla eyni platformanı bölüşür. Sərdar Qurban təkcə qardaş deyil, həm də silahdaşlardı. Eyni mahnını ayrı-ayrı klarnetlərdə çalırlar. Cəlaloğlu öz havasını ağ CİYƏRİNDƏ tapmalıdır. Yoxsa başına gələr. Özü də hardan maliyyələşdiyini təkcə Qüdrət Həsənquliyev deyil, elə mən də bilirəm...

Pul əl çirkidi, amma Sərdar əlini təmizləməkçün gərək mənəviyyatına sürtməsin".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az