Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Sen
2019
01:00
705

17
Sen
01:00



Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşüb

Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Dövlət Katibi, Kardinal Pietro Parolin ilə görüşüb.

Nazirlikdən Xeberoxu.Az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edib və iki tərəf arasında həyata keçirilən yüksək səviyyəli səfərlər mübadiləsinin bu münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub.

Azərbaycanın multikultural dəyərlərin təşviqi baxımından ön sıralarda olduğunu bildirən Kardinal Pietro Parolin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın multikultural fəaliyyətini yüksək qiymətləndirib və bu xüsusda, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda həyata keçirilən layihələri, o cümlədən Müqəddəs Pyotr Kilsəsinin altarı, Roma Katakombaları və San Sebastian Kilsə Muzey Kompleksində katakombaların bərpası işlərini məmnuniyyətlə vurğulayıb.

Nazir Elmar Məmmədyarov qarşı tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırdı, Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışının bölgədə gərginliyin artmasına xidmət etdiyini bildirib.

Görüş zamanı bu ilin 14-15 noyabr tarixlərində Bakıda keçiriləcək “Dünya dini liderlərinin II Bakı Sammiti”nə Qafqaz Müsəlmanları İdarəsinin dəvəti Müqəddəs Taxt-Tacın Dövlət Katibinə təqdim edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az