Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Sen
2019
06:00
546

17
Sen
06:00



Bu rayonlarda mineral gübrələrin güzəştli satışı keçiriləcək

Şəki, Oğuz, Qobustan, Şamaxı, Kürdəmir və Hacıqabulda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Xeberoxu.Az-a verilən məlumata görə, sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Növbəti satış Şəki, Oğuz, Kürdəmir, Şamaxı və Hacıqabulda təşkil ediləcək.

Səyyar satış Şəkidə sentyabrın 17-də Qayabaşı kəndində, Qobustanın Sündü kəndində, sentyabr ayının 18-də Şəkinin Kiçik Dəhnə, Şamaxının Ovculu kəndində, sentyabrın 19-da Şəkinin Baş Layısq kəndində, Kürdəmirin Karrar kəndində, sentyabr ayının 20-də Hacıqabulun Nəvahi kəndində, sentyabrın 20-də Oğuzun Padar kəndində, sentyabrın 21-də isə Hacıqabulun Udulu kəndində, həmçinin Xaçmazda həyata keçiriləcək.

Adı çəkilən, eləcə də ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383, (+99451) 2293207 əlaqə nömrəsinə müraciət etmək lazımdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident Akif Əlizadəni təltif etdi







Məzahir Pənahova yeni müavin seçildi







İlham Əliyevdən Ramiz Mehdiyevlə bağlı daha bir - SƏRƏNCAM







Yeni Baş nazir bu şəxslərə yüksək vəzifə verdi


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az