Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə




14 Mart
2019
12:51
192



İlir Meta: TAP layihəsi Albaniyanın regionda və ondan kənardakı roluna əhəmiyyətli dərəcədə təsir edib

Trans-Adriatik boru kəməri (TAP) layihəsi Albaniyanın regionda və ondan kənarda roluna əhəmiyyətli dərəcədə təsir edib.

Xeberoxu.az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunda Albaniya prezidenti İlir Meta deyib.

İ.Meta bildirib ki, Albaniya ilk dəfə strateji enerji dəhlizlərində vacib tranzit ölkəsinə çevrilib.

Albaniya prezidenti əlavə edib ki, sülh və təhlükəsizlik artıq ənənəvi təşkilat və alətlərlə təmin olunmur: “Qlobal çağırışlar çərçivəsində Trans-Atlantik münasibətlər vacib məsələlər üzrə intensiv debatlardan keçib. Avropa İttifaqı da gözlənilməz hadisələrlə qarşılaşır. “Brexit” göstərir ki, Aİ islahatları möhkəmləndirməlidir. Genişlənmə məsələləri Aİ üzv ölkələrinin müzakirələrində getdikcə daha da az yer tutur. BMT və Təhlükəsizlik Şurası tez-tez müxtəlif çətinliklərlə üzləşir”.

Onun sözlərinə görə, xarici siyasət beynəlxalq hadisələr kontekstində milli maraqların müdafiəsi strategiyalarına əsaslanır: “Qlobal təhlükəsizlik, iqlim dəyişikliyi, miqrasiya, terrorçuluq və ekstremizmlə mübarizə kimi məsələlər bizim xarici siyasətimizdə müəyyən qədər üstünlük təşkil edir. Bu şərtlərdə biz ölkələrimizi və regionlarımızı birləşdirmək üçün daha çox işləməliyik”.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Bakıda qadın sürücü hər kəsi şoka saldı







Azərbaycanlı döyüşçü çeçen rəqibini nokauta saldı







Bakıda itkin düşmüş 18 yaşlı qadın tapıldı







Əli İnsanov azadlıqda


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az