Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



17 Sen
2020
12:41
18232
17
Sen
12:41



İmişlidə orta əsrə aid Gözətçi qalasının qalıqları aşkarlanıb

İmişlidə orta əsrə aid Gözətçi qalasının qalıqları aşkarlanıb.

Bu barədə XeberOxu.Az-a İmişli rayon İcra Hakimiyyətindən bildiriblər. Rayon ərazisində yerləşən Qızıltəpə adlı yaşayış məskənində arxeoloqlar tərəfindən növbəti qazıntı işlərinə başlanılıb. Qazıntı zamanı ərazidə orta əsrə aid gözətçi qalasının izləri üzə çıxıb. Ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Mustafayev Mikayıl bildirir ki, Qızıltəpə yaşayış məskəni müxtəlif tarixi dövrləri əhatə edən abidədir:

"Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub. Araşdırmalar zamanı məlum olub ki, qalaya giriş tam məhduddur, yalnız bir istiqamətdən daxil olmaq mümkündür. Bu da onu deməyə əsas verir ki, Qızıltəpə qorunan bir qala olub. Qazıntılar zamanı gil və bişmiş kərpiclərdən ibarət hörgülər də üzə çıxıb. Bundan əlavə ərazidə xeyli sayda maddi mədəniyyət nümunələri də tapılıb. Hazırda təpədə qazıntı işləri davam etdirilir və tarixi abidənin alt təbəqələrində daha qədim dövrlərə aid izlərin olduğu bildirilir".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir - Deputat







Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək - Vüsal Qasımlı







Prezident İlham Əliyev xalqa müraciət edir







Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.