XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



22 Sen
2022
18:08
501
22
Sen
18:08



İmişlidə yol polisi cərimələdiyi sürücüləri söyüb? - İddialara CAVAB

İmişlidə yük avtomobili sürücülərini yol polislərinin təhqir etməsi barədə iddialar yayılıb.

Xeberoxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, İmişli rayon Dövlət Yol Polisinin əməkdaşları dayanma-durma nişanı olmayan yerdə 2 “KamAz” sürücüsünü saxlayıb və 20 manat cərimələyib. İddiaya əsasən, sonra həmin sürücüləri yol polisləri təhqir edib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a iddiaların həqiqət olmadığını bildirib:

“Sentyabrın 18-də İmişli rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Ağsu-Bəhrəmtəpə-Kürdəmir yolunun İmişli rayonu ərazisində keçən hissəsində, İmişli Şəkər Zavodunun yaxınlığında 3 yük avtomobilinin sürücüsü tərəfindən dayanma və durma qaydalarının pozulduğunu aşkarlayıblar.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı yol polisi inspektorları tərəfindən qanunvericiyə uyğun olaraq tədbirlər görülüb və sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Qaydaları pozan sürücülərin təhqir olunması ilə bağlı səsləndirilən fikirlər isə böhtan xarakterlidir və həqiqəti əks etdirmir”.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın







Digər SOSİAL xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.