Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Dek
2019
03:30
177

03
Dek
03:30



İndoneziya adaları: Komodo və başqaları

“Əjdahaları”, vulkanları, mərcan adaları və çəhrayı çimərlikləri olan məşhur ada tezliklə turistlər üçün bağlana bilər. İndoneziya 5120x1760 kilometr ərazisi olan dünyanın ən böyük arxipelaqıdır. Müxtəlif məlumatlara görə, onun tərkibinə 13 mindən 17 minədək ada daxildir və onların yalnız 9 mindən çoxunun adı var. Dünya onlardan bəzilərini tanıyır: Yava, Bali, Kalimantan, Sumatra və Komodo.

XeberOxu.Az-ın məlumatına görə,  AZƏRTAC “Moya planeta” portalına istinadla onların bir neçəsinə səyahət etməyi təklif edir.

Bali adası unikal coğrafi mövqeyə malikdir. Onun cənub sahillərini Hind okeanı, şimalını Sakit okeanın tərkibinə daxil olan Bali dənizi yuyur. Burada çimərliklər və vulkanlar var, bitki aləmi dörd meşə növü ilə təmsil olunub, banan ağacı müqəddəs sayılır, çoxsaylı fauna nümunələri arasında isə Beynəlxalq Qırmızı Kitaba daxil edilmiş “Karstama balicum” nadir mağara yengəci xüsusi diqqətə layiqdir.

Adanın qeyri-adi Satonda vulkanı 3 min əvvəl eyniadlı vulkanın püskürməsi nəticəsində yaranıb. Akvatoriyada çox gözəl mərcan qayaları var, qonşu adalarla birlikdə isə milli dəniz təbiət parkı yaradılıb. Adanın mərkəzində həddindən artıq duzlu suyu olan göl mövcuddur: burada duzun miqdarı okeandakı analoji göstəricidən də çoxdur. Hesab edilir ki, bu suyun mənbəyi 10 min ildən çox yaşı olan qədim vulkan kraterləridir.

Nəhayət, Komodo adasına gəlirik. Bu ada ən iriləri sırasına daxil olmasa da, öz təbiəti ilə məşhurdur. Komodonun sahəsi 390 kvadrat kilometrdir və adada 2 mindən çox insan yaşayır. XIX əsrin ortalarından XX əvvəlinədək qonşuluqdakı Flores adası Niderlandın idarəçiliyi altında olub, lakin ilk avropalı adaya yalnız 1910-cu ildə ayaq basıb.

Adanın yaxınlığında üzərkən holland dənizçilər Floresə “canlı əjdahalar” haqqında nağıllarla qayıdırdılar. Guya onlar sahildə gördükləri yeddi metr uzunluğunda olan və alov nəfəsi olan bu canlıya yaxınlaşmağa qorxublar. Bu hekayələr müstəmləkənin başçısı leytenant Jak Karel Anri van Steyn van Hensbruku maraqlandırıb və o, sərəncamında olan silahlı əsgərlərlə Komodonu araşdırmağa başlayıb.

Ekspedisiya dənizdə bir canlı yaxalayıb və dənizçilər onu əjdaha hesab ediblər. “Komodo kərtənkələsi” adlanan bu canlını Yava adasında bioloqlar diqqətlə öyrəniblər. Onların vəhşi təbiətdə çox az qaldığını nəzərə alan Niderland hökuməti kərtənkələlərin qorunması haqqında qanun qəbul edib. Planetin bu ən nəhəng kərtənkələsinin uzunluğu 3 metr, çəkisi isə 90 kiloqramdır. O, siçovullardan tutmuş atlara qədər bütün ölçülərdə olan heyvanları ovlayır, pusquda duraraq onları uzun quyruğu ilə yaxalayır və iti dişləri ilə parçalara ayırır. Lakin holland dənizçilərinin dedikləri kimi, kərtənkələnin ağzından alov çıxmır. 1980-ci ildə onların mühafizə edilməsi məqsədilə milli park yaradılıb. Turistlər burada kərtənkələlərə baxmaqla yanaşı, həm də təbiətin gözəl mənzərəsini seyr edirlər.

Burada dünyada cəmi yeddi bənzəri olan nadir çəhrayı rəngli çimərlik var. Qumlara qeyri-adi rəng verən isə kiçicik birhüceyrəlilər olan və mərcanqulu nümunələri ətrafa səpələnmiş foraminiferlərdir.

1991-ci ildə Komodo Milli Parkı UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Burada iqlimin və coğrafi məkanın heyrətamiz vəhdəti unikal landşaft və ekosistem yaradıb. Lakin İndoneziya hökumətinin flora və faunanın mühafizəsi məqsədilə adanın turistlərə bağlanılması planını elan etməsi təbiətsevənlər üçün kədərli xəbər olub. Bu ideyanın çoxlu əleyhdarı var, hər şeydən əvvəl, yerli sakinlər işsiz qalacaqlar. İnsanlar bunun əvəzinə təklif edirlər ki, Komodoya səyahəti məhdudlaşdırmaq üçün onu pullu etsinlər.


 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Mədət Quliyev generalı özünə müşavir təyin etdi







Moldova Bakıdakı səfirini geri çağırdı







Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək







Qubada evdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az