XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



08 Apr
2021
03:18
217
08
Apr
03:18



İndoneziyada daşqınlar və torpaq sürüşmələrindən 80-dən çox insan həlak olub

İndoneziyada və Şərqi Timorda baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 86 nəfər həlak olub, 100-dək itkin düşüb, minlərlə təxliyə olunanlar var.

XeberOxu.Az yerli KİV-lərə istinadla xəbər verir ki, daşqınlar nəticəsində İndoneziya kəndləri bir-birinin ardınca su altında qalıb. Ölkənin şərqində leysan yağışlar nəticəsində silsilə torpaq sürüşmələri və sellər baş verib. Minlərlə ailə evsiz qalıb.

Palçıq axınları yolları və körpüləri məhv edib. Bu, xilasedicilərin işində problemlər yaradıb. Nəticədə onların zərərçəkənlərə yaxınlaşması çətinləşib.

İndoneziya ilə qonşuluqda yerləşən Şərqi Timorda da təbii fəlakət baş verib. Nəticədə 11 nəfər həlak olub.

Hakimiyyət orqanları həlak olanların ailələrinə 15 milyon İndoneziya rupisi (təqribən 1000 dollar) məbləğində yardım ayırmağı vəd edib. İndoneziya Prezidenti Coko Vidodo da zərərçəkənlərə müraciət ünvanlayıb. Müraciətin mətnində deyilir: “Hər şeydən əvvəl öz adımdan və bütün İndoneziya xalqı adından həlak olanların ailələrinə başsağlığı verirəm. Həmçinin mən bu fəlakətdən zərərçəkən bacı və qardaşlarımızın kədərini başa düşürəm və onların dərdlərinə şərik oluram”.

Bildirilir ki, bu, son 40 ildə İndoneziyada baş vermiş ən böyük fəlakətdir.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu il baş verən yol qəzaları ilə bağlı məlumat







Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var







Özünü Kürə ataraq intihar edən Yevlax sakini







Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.