Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə




14 Mart
2019
16:02
177



İqor Dodon: Həm qlobal, həm də regional səviyyədə təhdidlərin sayı azalmayıb

Aktiv münaqişələrin sayının azalmasına baxmayaraq, həm qlobal, həm də regional səviyyədə təhdidlərin sayı azalmayıb.

Xeberoxu.az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunda Moldova Prezidenti İqor Dodon deyib.

Onun sözlərinə görə, qlobal iştirakçılar arasında gərginlik davam edir, yeni təhdidlər və çətinliklər yaranır:

“Biz açıq və qəti şəklildə eskalasiyanın qəbuledilməzliyini bəyan etməliyik. Ötən il mən deyirdim ki, Moldovanın “ya-ya da” seçimi qarşısında qalmasını istəmirəm. Yeni xarici siyasət nədir? Biz tez-tez “Siz bizimləsiniz, yoxsa bizə qarşısınız?” sualı ilə üz-üzə qoyurlar. Sizin siyasətiniz Rusiyayönümlüdür, NATOyönümlüdür, Avropayönümlüdür, yoxsa ABŞyönümlüdür? Moldova üçün bir mövqe var – Moldovayönümlülük. Əminəm ki, bizim üçün ən əsası milli maraqlar olmalıdır”.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Bakıda qadın sürücü hər kəsi şoka saldı







Azərbaycanlı döyüşçü çeçen rəqibini nokauta saldı







Bakıda itkin düşmüş 18 yaşlı qadın tapıldı







Əli İnsanov azadlıqda


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az