11 Fev 2019
15:47
![]() |
![]() İranda sel 1 nəfəri apardı İranın 10 vilayətini daşqın, qar və çovğun cənginə alıb. XeberOxu.az-ın məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib. M.Səliminin sözlərinə görə, İranın cənubunda Xuzistan vilayətində sel 1 avtomobili aparıb, sürücü həlak olub. Təşkilat sədri əlavə edib ki, Yəzd, Mərkəzi, Mazandaran, Lorestan, Kirmanşah, Fars, Simnan, Xuzistan, Çahar-Mahal və Bəxtiyari və İlam vilayətlərində güclü daşqın, qar və çovğun var. 33 şəhər, kənd və dağlıq ərazidə zərərçəkənlərə yardım edilib. 240 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib. Bizimlə əlaqə saxlayın © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır ![]()
|
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |