Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



17 Avq
2020
15:25
41079
17
Avq
15:25



Xəbəri səsli dinlə
İranın xam neft hasilatı artacaq

İranda bu gün (17 avqust) imzalanan 13 müqavilənin icrası ilə xam neft hasilatı gündəlik 185 min barel artacaq.

XeberOxu.Az-ın məlumatına görə, bunu İranın Milli Neft Şirkəti icra direktorunun müavini Rza Dehqan neft hasilatının qorunması və artırılması ilə əlaqədar müqavilələrin imzalanması mərasimində deyib.

R.Dehqanın sözlərinə görə, bu müqavilələr 2-2,5 il ərzində icra olunacaq.

Şirkət rəsmisi qeyd edib ki, müqavilələrin icrası ilə 3 il ərzində İranın neft hasilatı ümumilikdə 370 milyon barel olacaq.

Dehqan deyib ki, 2019-cu ilin əvvəllərində (yanvar-fevral) neft hasilatının qorunması və artırılması ilə bağlı 10 müqavilə imzalandı. Həmin müqavilələr əsasində görülən işlərdə 25% irəliləyiş var.

Dehqan əlavə edib ki, ilin sonunadək (21 mart 2021-dək) hasilatın qorunması və artırılması ilə əlaqədar yeni müqavilələr imzalanacaq.

Dehqan bildirib ki, bu gün imzalanan müqavilələr Mənsurabad, Marun, Zilayi, Əhvaz, Balarud, Cilingər, Resalət, Foruzan, Siyahməkan, Ramin və Kərəngan yataqları ilə əlaqədardır. Bu yataqlar Xuzistan, Kohgiluyə və Buyir-Əhməd, Fars, Buşehr və Hörmüzqan vilayətlərində yerləşir:

“İmzalanan müqavilələrin dəyəri 35-250 milyon avro arasındadır. Ümumilikdə 13 müqavilənin dəyəri 1,5 milyard avrodur”.

Şirkət rəsmisi deyib ki, müqavilələrlə əlaqədar proyektlərin icrasında yerli istehsalın payı 80% olacaq.

Qeyd edək ki, bu gün İranın Cənub Neft Zonaları Milli Şirkəti və İranın Ofşor Neft Şirkəti ilə İranın podratçı şirkətləri arasında neft hasilatının qorunması və artırılması ilə əlaqədar 13 müqavilə imzalanıb. Müqavilələrin imzalanması mərasimində İranın neft naziri Bijən Zəngənə və İranın Milli Neft Şirkətinin icra direktoru Məsud Kərbasian iştirak ediblər.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Aydın Quliyev: Prezident İlham Əliyevin izahları Ermənistanın yalan dayaqlara söykənən diplomatiyasına sarsıdıcı zərbə oldu







Hikmət Hacıyev: Ermənistan işğalçıdır, Azərbaycan isə ədaləti bərpa edir (VİDEO)







Cəbhədəki vəziyyətlə əlaqədar MM-in qapalı iclasının keçirilməsi təklif olunub







Spiker: Bu gün Azərbaycan tarixində yeni zəfər tarixi yazılır


Digər Xarici İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00








[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.