Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə




11 Fev
2019
12:13
207



İsa Həbibbəyli: Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim

İstəyirik ki, akademiyada əmək intizamına əməl edilsin, çünki bundan sui-istifadə edilməsi halları var.

Bunu XeberOxu.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli elmi işçilərin kitabxanalarda işləmək üçün müəyyən edilmiş “yaradıcılıq günləri”ndə də işə gəlməsi ilə bağlı qoyulan tələbə münasibət bildirərkən deyib.

İ.Həbibbəyli hesab edir ki, elmi işçilərin həftənin bütün günlərində işə gəlməsini tələb etmək onların yaradıcılıq imkanlarının məhdudlaşdırılması demək deyil. Çünki AMEA-nın bütün institutlarında elmi işçilərin kitabxanalara getmədən, işlədiyi müəssisədə elmi fəaliyyətlə məşğul ola bilməsi üçün şərait yaradılıb.

Vitse-prezident qeyd edib ki, bunun üçün bütün institutlarda kitabxanalar və oxu zalları yaradılıb. İnstitutların çoxunda isə hətta müasir, elektron kitabxanalar təşkil edilib.

İ.Həbibbəyli hesab edir ki, bu tələb işə vaxtında gəlmək istəməyən elmi işçilərin bəhanələrini aradan qaldırır:

“Kitabxana rəhbərləri institutların işçiləri üçün lazım olan kitabların sifarişini qəbul edir. Kitabxanalar həmin kitabları Mərkəzi Elmi Kitabxanadan gətirirlər, daha sonra isə onu işçiyə verirlər. Belə imkan hesabına işçilərin kitabxanalara getmə zərurəti aradan qaldırılır. Əgər kitabı əldə etmək mümkün olmursa, işçini rəsmi məktubla elmi işə görə arxivlərə, digər mərkəzi kitabxanalara göndəririk. Akademiyada bəziləri işə gəlmir və soruşanda da deyir ki, kitabxanada idim. Yoxlayanda isə məlum olur ki, kitabxanada olmayıb. Təbii ki, bu, hamıya aid deyil. Əgər kimsə, hər gün kitabxanalara getmək üçün “yaradıcılıq günləri”nin olmasını istəyirsə, onda demək kitabxana onlar üçün bəhanədir. Çünki kitabxana ilə bağlı hər cür şərait var. Düşünürəm ki, bunu etmək istəyənlər əmək intizamından yayınmaq istəyənlərdir. Düzdür, bunu inzibati qaydada etmirik, amma istəyirik ki, akademiyada əmək intizamına əməl edilsin, çünki bundan sui-istifadə edilməsi halları var. Bunu hamıya şamil etmək olmaz, amma belə hallar var və onun qarşısı alınmalıdır”.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az