Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Iyun
2019
17:39
816

25
Iyun
17:39



İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Suraxanı rayonunda “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda işəgötürənlərin maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirib.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, tədbirdə bildirilib ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

Tədbirdə həmçinin istirahət vaxtı, istirahət günləri, məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi barədə məlumat verilib. Bu sahələrdə, habelə məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması və s. ilə bağlı əmək qanunvericiliyinin prinsipləri diqqətə çatdırılıb. İşəgötürənlərin məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası, əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və digər məslələrlə bağlı sualları cavablandırılıb, onlara hüquqi izahatlar verilib.

Seminar zamanı işəgötürənlərə istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları ilə əlaqədar maarifləndirici bukletlər paylanıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!







Bakıda gənc oğlanı avtomobil vurub







Təhsil nazirindən yeni - TƏYİNAT







Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az