Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



20 Noy
2020
23:07
1098
20
Noy
23:07



İşğaldan azad olunan ərazilərdə qurulacaq məktəblərdə müasir texnologiyalar tətbiq ediləcək

Təhsil naziri Emin Əmrullayev "Microsoft" korporasiyasının vitse-prezidenti Anthony Salcito və korporasiyanın Avropa üzrə regional təmsilçiləri ilə işğaldan azad olunmuş ərazilərdə yeni qurulacaq təhsil müəssisələrində müasir texnologiyaların tətbiqi məsələsini müzakirə edib.

XeberOxu.Az-ın məlumatına görə, E.Əmrullayev "Microsoft" korporasiyasının təmsilçiləri ilə videokonfrans zamanı Azərbaycanda qısa müddət ərzində yaradılmış və ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb” layihəsinin uğurlu nəticələri, layihə çərçivəsində əməkdaşlığın genişləndirilməsi və sistemdə toplanılan məlumatlar əsasında təhsil sahəsində qərarvermənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanın distant təhsil sahəsində təcrübəsinin digər ölkələrlə bölüşülməsi də müzakirə mövzusu olub.

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yeni qurulacaq təhsil müəssisələrində müasir texnologiyaların tətbiqi, “Microsoft” məzmunun müəllimlərin ixtisasartırılması və hazırlanmasında tətbiqi, süni intellekt və bulud texnologiyalarının tətbiqi, valideynlər üçün distant təhsil üzrə təlimlərin təşkili, “Microsoft” lisenziyalaşdırması üzrə növbəti illərdə şirkətlə əməkdaşlıq mövzuları müzakirə olunub.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İnsanların COVİD-19-la bağlı qaydalara riayət etmə səviyyəsi mütəxəssisləri qane etmir - Baş infeksionist







Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb







Şəhid Toğrul Abbasovla "Olmayan Bir Müsahibə..."







Rusiya FHN Şuşa və Xankəndiyə humanitar yardım göndərib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.