Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Iyun
2019
10:07
3096

01
Iyun
10:07




İsmayıllıda mağazalara qənim kəsilən şəxs saxlanıldı

İsmayıllıda mağazalara qənim kəsilən şəxs saxlanılıb. Belə ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Təzəkənd kənd sakini Ramiz Səmədov ona məxsus mağazadan mayın 26-ı gecə saatlarında ümumi dəyəri 1500 manat olan müxtəlif siqaretlərin, spirtli və digər içkilərin, eləcə də pulun oğurlanması barədə məlumat verib.

Daxil olmuş müraciət əsasında RPŞ əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlər nəticəsində həmin oğurluğu edən şəxsin Goranboy rayon sakini, əvvəllər də məhkum olunmuş 31 yaşlı Elçin Hüseynov olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib . E. Hüseynovun ətrafında aparılan araşdırma zamanı onun Balakən, Qax, Şəki və Şamaxı rayonlarında da analoji cinayət əməllərini törətdiyi məlum olub.

Faktla bağlı saxlanılan şəxs barəsində RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər Kriminal xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az