14 Fev
2020
12:19
456

14
Fev
12:19



İsraillə gömrük sahəsində əməkdaşlıq müzakirə edilib

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev İsrailin Azərbaycandakı səfiri Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən Xeberoxu.az-a verilən məlumata görə, yeni təyinatı münasibətilə səfiri təbrik edən Komitə sədri Azərbaycanla İsrail arasında bütün sahələrdə olduğu kimi, gömrük sferasında da səmərəli və işgüzar əməkdaşlıq münasibətlərinin qurulmasından məmnunluqla bəhs edib.

Səfər Mehdiyev son illər Prezident İlham Əliyev tərəfindən gömrük sistemində reallaşdırılan islahatların daha çevik və dinamik strukturun formalaşmasına, ölkəmizin tranzit və ixrac potensialının artırılmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirib.

Həyata keçirilən yeniliklər hesabına şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində uğurlu nəticələrin əldə olunduğunu qeyd edən Komitə sədri informasiya texnologiyalarının tətbiqi ilə rerallaşdırılan layihələrin sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına təkan verdiyini diqqətə çatdırıb.

Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin ilbəil artdığını diqqətə çatdıran Səfər Mehdiyev gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib. 2018-ci ildə İsrailə səfərini, keçirilən işgüzar görüşləri məmnunluqla xatırladan DGK sədri iki ölkənin gömrük orqanları arasındakı səmərəli və işgüzar münasibətlərdən bəhs edib, qarşılıqlı səfərlərin, məlumat və təcrübə mübadiləsinin əməkdaşlığın gücləndirilməsinə əlverişli zəmin yaratdığını vurğulayıb.

İsrailin Azərbaycandakı səfiri Corc Dik ölkəmizdə diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edib, qarşılıqlı münasibətlərin hazırkı səviyyəsindən razılığını bildirərək əlaqələrin inkişafına gömrük orqanlarının da öz töhfəsini verdiyini diqqətə çatdırıb. İki ölkənin gömrük orqanları arasındakı əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edən səfir birgə əməkdaşlığın perspektivlərindən danışıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.