Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
11:44
363



İstilər - Angina vaxtıdı

Bir neçə onillik bundan əvvəl insanlar angina ilə əsasən payız, qış və ya yazın əvvəlində xəstələnirdilər. İndi həkimlər daha tez-tez onu yay xəstəliyi adlandırırlar.

Anginanın əsas yaranma səbəbləri. Xəstə insanlarla ünsiyyət zamanı angina törədiciləri orqanizmimizə daxil ola bilir. Belə adətən qışda olur.Yayda xəstəliyin yaranması çox vaxtı başqa ssenari ilə həyata keçir – öz mikroblarımız aktivləşir. Mikroblar normada hər bir insanın dəri və selikli qişalarında yaşayır. Lakin, immunitet güclü olana qədər onlar özlərini heç cür biruzə vermirlər. Orqanizmin müdafiəsi zəiflədiyi halda mikroblar üstələyib sürətlə çoxalmağa başlayırlar. Yay mövsümündə anginadan qorunmaq daha asandır. Əsas odur ki, immunitetin tükənməsinə yol verilməməsin və əsas risk faktorları aradan qaldırılsın.

İstidən soyuğa... İndi hər bir müəssisədə, avtomobildə kondisionerlər var. Bu çox rahatdır, lakin əfsuslar olsun ki, bu cür komforta görə angina ilə ödəmək məcburiyyətindəyik. Temperatur fərqinin 10 dərəcədən çox olması orqanizm üçün böyük bir stress faktorudur. İlk növbədə immunitet zəifləyir və orqanizmin infeksiya törədiciləri ilə mübarizəsi çətinləşir.

Dondurma və soyuq içkilər... Yay aylarında anginanın əsas səbəblərindən biri - soyuq içkilərdən, dondurmadan sui-istifadədir. Boğazın selikli qişasının kəskin şəkildə soyuması lokal müdafiənin azalmasına gətirib çıxarır və zərərli mikrobların sürətlə çoxalması üçün əla füsət yaranır.

Təhlükəli Günəş... Orta dozalarda ultrabənövşəyi şüa orqanizmə faydalı təsir göstərir. Amma günəş vannalarından süi-istifadə əhəmiyyətli dərəcədə immuniteti zəiflədir.
Anginadan necə qorunmaq olar? Kondisioneri bir başa var gücü ilə işlətməyin. Əvvəlcə 24-26 ° C temperaturuna qoyun, sonra da tədricən azaldın. Soyuq içkilərdən qaçmağa çalışın. Günəş şüaları qəbuletmə qaydalarına riayət edin.

Angina zamanı vəziyyəti necə yüngülləşdirmək olar? Boğaz ağrısı zamanı ilk yardım vasitələri qismində yerli istifadə üçün antiseptik (biklotimol, xlorheksidin, benzalkonium-xlorid) və anestetik (lidokain və s.) tərkibli sorma tabletlər, spreylər, aerozollar və qarqara üçün məhlullar istifadə oluna bilər. Müalicənin aparılmasına baxmayaraq, ağrı keçmirsə, xoşagəlməz hissiyatlar isə güclənirsə, o zaman həkimə müraciət etmək tövsiyə olunur.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az