Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Avq
2019
12:31
258



İstirahət günlərində hava 38 dərəcəyədək isinəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) istirahət günlərində gözlənilən hava şəraitini açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən XeberOxu.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin avqustun 11-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-şərq küləyi avqustun 11-də arabir güclənəcək. Havanın maksimal temperaturu 30-34 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi avqustun 11-də arabir güclənəcək, avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi avqustun 11-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 27-30, bəzi yerlərdə 34 dərəcə isti təşkil edəcək.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Xəzərdə qəzaya uğramış hərbi təyyarəmizin yeni qalıqları tapıldı







Prokurorluq: Zaqatala rayon Məşğulluq Mərkəzinin müdirinin intiharı xidməti fəaliyyəti ilə bağlı deyil







Bu ərazilər Bakı metropoliteninə verildi, evlər sökülür - ÜNVAN







Maqnit qasırğası gözlənilir?


Digər Hava proqnozu xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az