XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



08 Apr
2021
03:21
339
08
Apr
03:21



İtaliya mətbuatı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinə dair məqalələr yayıb

İtaliyanın “Politicamente Corretto”, “Askanews”, “Agenzia Nova”, “Yahoo Notizie”, “KmetroO” kimi kütləvi informasiya vasitələrində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina təhlükəsi barədə məqalələr dərc edilib.

XeberOxu.Az-ın məlumatına görə,  məqalələrdə Beynəlxalq Mina Xəbərdarlığı və Minalara Qarşı Mübarizə Günü münasibətilə ADA Universitetində təşkil olunmuş tədbirdə səsləndirilmiş fikirlərə geniş yer verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev tədbirdə çıxış edərək, Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minaların mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi bir təhlükə yaratdığını, eləcə də sosial-iqtisadi inkişafa mane olduğunu vurğulayıb.

H. Hacıyev bildirib ki, ölkələr tərəfindən minalara qarşı mübarizə şəraitinin yaradılması və səylərin inkişaf etdirilməsi məsələsi çox vacib əhəmiyyət kəsb edir. Bu, xüsusən də minalardan zərər çəkmiş ölkələrə aiddir. Təəssüf ki, Azərbaycan minalardan zərər çəkmiş ölkələr kateqoriyasına daxildir. Həmçinin vurğulanıb ki, hərbi əməliyyatlar zamanı və ya hərbi vəziyyətlərdə mülki şəxslər hədəfə alınmamalıdır.

Prezidentin köməkçisi, eyni zamanda, vurğulayıb ki, azad olunmuş ərazilərində qalan hər bir mina Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarına və mülki əhaliyə təhdid təşkil edir.

Hikmət Hacıyev xüsusi qeyd edib ki, minaların yaratdığı əlillik ağır fəsadlarla müşayiət olunur, qurbanlar, onların ailələri və ümumilikdə cəmiyyətin rifahına mənfi təsir göstərir. Minaların qurbanları ölçüyəgəlməz dərəcədə fiziki ağrı, psixoloji və emosional zədə alırlar. Piyada əleyhinə minalar Ermənistan tərəfindən məqsədyönlü qisas strategiyasının bir hissəsi kimi mülki əhalini terrora məruz qoymaq və təxminən 30 ildən bəri davam edən etnik təmizləmə siyasətinin nəticələrini aradan qaldırılmasını əngəlləmək üçün istifadə olunur.

Ermənistanın minalanmış ərazilərin xəritələrini təhvil verməməsi məsələsinə də toxunan Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Ermənistanın xəritələri verməkdən imtina etməsi də iki ölkə arasında sülh və etimadın yaranmasına mənfi təsir göstərir, ölkələr arasında, eyni zamanda, bölgədəki sabitliyi və əmin-amanlığı əngəlləyir. İşğaldan azad edilmiş ərazilərə səpələnmiş minalar sosial-iqtisadi inkişafa mane olur və 2030-cu ilədək davamlı inkişaf proqramı çərçivəsində Azərbaycanın hədəflərinə çatmaq üçün ciddi maneə törədir. Hazırda Azərbaycanın azad edilmiş ərazilərini minalardan və digər partlayıcı qurğulardan təmizləmək Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir.

Sonda Hikmət Hacıyev diqqətə çatdırıb ki, minaların basdırılması çətin olmasa da, onların çıxarılması son dərəcə ləng, təhlükəli və bahalı bir işdir. Minaların təmizlənməsi Azərbaycan hökumətinin prioritetlərindən biri kimi müəyyən edilib.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu il baş verən yol qəzaları ilə bağlı məlumat







Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var







Özünü Kürə ataraq intihar edən Yevlax sakini







Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.