Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyul
2019
22:01
1611



İtaliya və ABŞ-ın mədəni irs nümunələri YUNESKO-nun siyahısına daxil edilib

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 7-də günün ikinci yarısında işini davam etdirdi.

XeberOxu.az-ın məlumatına görə, plenar iclasda baxılan növbəti məsələ İtaliyanın təqdimatı – bu ölkənin Konelyano və Valdobbyadene bölgələrindəki Prosekko təpələri ilə bağlı nominasiya oldu.

Nominasiyaya dair ICOMOS nümayəndəsinin hesabatında deyildi ki, bu mədəni relyefdə XIX əsrdən bəri heç sənaye obyekti inşa edilməyib, hətta üzüm bağlarında bütün kultivasiya işlərini mexaniki qaydada aparırlar. Ötən sessiyada verilən tövsiyələr nəzərə alınıb, qorunan sahə 90 min hektara çatıb. Görülən tədbirlər əsas verir ki, nominasiya Ümumdünya İrs Siyahısına daxil edilsin.

Müzakirə zamanı Tunis, Azərbaycan, İspaniya, Uqanda, Küveyt, Çin və digər ölkələr müsbət rəy verdilər. Qərar layihəsi ciddi dəyişiklik olmadan qəbul edildi.

Daha sonra Amerika Birləşmiş Ştatlarının təqdim etdiyi “Frenk Lloyd Raytın 20-ci əsr memarlığı” nominasiyası müzakirəyə çıxarıldı.

ICOMOS tərəfindən hazırlanmış hesabat dinlənildi. Vurğulandı ki, məşhur memar Frenk Lloyd Raytın “orqanik memarlıq” üslubu nəinki ABŞ-da, dünya miqyasında memarlığa öz təsirini göstərib. Qısa müzakirədən sonra layihə düzəlişsiz qəbul edildi.

ABŞ nümayəndə heyəti söz alaraq əvvəlcə Azərbaycana qonaqpərvərliyə görə minnətdarlığını bildirdi və Frenk Lloyd Raytın irsinə ehtirama görə təşəkkür etdi.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az