Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



21 Noy
2020
12:26
1829
21
Noy
12:26



İtalya mətbuatı erməni vəhşilikləri haqda reportaj hazırlayıb -VİDEO

İtaliyanın tanınmış “la Repubblica” saytı ermənilərin Füzulidə törətdiyi vəhşiliklər, dağıntılar və qadağan olunmuş silahlardan istifadə etməsi, o cümlədən fosfor mərmisinin partladılması barədə reportaj hazırlayıb.

XeberOxu.Az-ın məlumatına görə, məqalə müəllifi ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini diqqətə çatdırıb: “Biz Füzulidəyik daha doğrusu şəhərin qalıqlarında. 30 il öncə 17 minlik dinc azərbaycanlı əhalisi erməni ordusu tərəfindən bu şəhərdən sürgün edilmişdir. Bu etnik təmizləmə siyasətinin yalnız bir nümunəsidir.

Burada hər bir şey dağıdılmışdır. Nə bir bina, nə bir ev, nə də bir məscid salamat qalmamışdır. Ətrafda gördüyümüz kəndlər o cümlədən müsəlman qəbirsanlığı dağıdılmışdır

Füzuli çoxsaylı əsgərlərin canı bahasına iki həftə öncə azad edilmişdir. Füzuli şəhər sakini Şadiyə Qəhrəmanova ilə görüşdük. On illər ərzində Bakıda məcbur köçkün həyatını yaşayan Füzuli sakini doğma şəhərinə ilk dəfə qayıdır. O Füzulidə yaşamaq arzusu ilə geri dönmək istəyir.

Digər tərəfdə isə on minlərlə erməni atəşkəs haqqında bəyənata uyğun olaraq azərbaycanlılara təhvil veriləcək əraziləri tərk etmiş sərhədə yaxın yerləşən Vardenizə üz tutmuşlar. Onlar yaşadıqları evləri yandıraraq ərazini tərk etmişlər.

Prezident İlham Əliyev Füzuliyə səfəri zamanı rayonun bir vaxtlar mövcud əzamətini yenidən bərpa edəcəyini və on minlərlə məcburi köçkünün qayıtması üçün qısa vaxt ərzində lazımi şəraitin yaradılacağını qeyd etmişdir”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İnsanların COVİD-19-la bağlı qaydalara riayət etmə səviyyəsi mütəxəssisləri qane etmir - Baş infeksionist







Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb







Şəhid Toğrul Abbasovla "Olmayan Bir Müsahibə..."







Rusiya FHN Şuşa və Xankəndiyə humanitar yardım göndərib


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.