Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



31 May
2019
12:23
2925



İyunda 39 dərəcə isti gözlənilir

Azərbaycanda iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasından əsasən yüksək olacağı, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər az olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, birinci ongünlükdə havanın temperaturu getdikcə yüksələcək. Bəzi günlərdə temperaturun iqlim normasından 4-6 dərəcə yüksək olacağı gözlənilir.

İkinci ongünlükdə şimal küləyinin arabir güclənəcəyi ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 24-29, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-4 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 9-12 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 23-27 dərəcə isti (gecələr 17-22, gündüzlər 26-31, bəzi günlərdə 35-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-5 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 21-35 mm) gözlənilir.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 16-19 dərəcə isti (gecələr 13-18, gündüzlər 18-23, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (86-130 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər az olacağı (46-63 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 31-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 18-179 mm) gözlənilir.

Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 19-24, bəzi günlərdə 26-31, gündüzlər 34-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 3-5 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 12-49 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-25 dərəcə isti (gecələr 17-22, gündüzlər 24-29, bəzi günlərdə 33-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-5 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 29-47 mm) gözlənilir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər Hava proqnozu xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az