Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Iyun
2019
00:15
1053

06
Iyun
00:15




Şabranda narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb

Şabran rayon sakininin həyətində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunub.

Daxili İşlər Nazirliyinin Quba regional qrupundan Xeberoxu.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər çərçivəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Söhrab Əhmədova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə həmin sahəyə baxış zamanı oradan yaş çəkisi 1550 qram təşkil edən hündürlüyü 37-118 sm olan 15 ədəd çətənə kolu (kannabis) aşkarlanıb.

Götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim edilib.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını mart ayında əkdiyini və şəxsi istifadəsi üçün becəydiyini bildirib.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə - FOTO







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az