XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



21 Yan
2021
17:54
819
21
Yan
17:54



Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov

Uzun illər ərzində Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi ən geniş istiqamətlər spektri üzrə münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər

XeberOxu.Az-ın məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında görüş zamanı deyib.

Qurbanqulu Berdiməhəmmədov bildirib:

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması münasibətilə təbrik edirəm. Ölkələrimizin və xalqlarımızın həyatında həqiqətən əlamətdar olan bu hadisə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə istiqamətlənib. Uzun illər ərzində Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi ən geniş istiqamətlər spektri üzrə münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər. Qeyd etmək lazımdır ki, ikitərəfli səmərəli əlaqələrin əsasını ən yüksək dövlət səviyyəsində qurulan açıq, konstruktiv və səmimi siyasi dialoq təşkil edir. Sizinlə mütəmadi görüşlərimizin gedişində siyasi-diplomatik, ticari-iqtisadi, mədəni-humanitar və sair sahələrdə ikitərəfli tərəfdaşlığa dair mühüm mövzular müzakirə edilir. Sözsüz ki, belə əlaqələrin nəticələri iki dövlətin hökumət və xarici siyasət idarələrinin sonrakı fəaliyyətinin predmetinə çevrilir. Mən bu kontekstdə Türkmənistanın və Azərbaycanın dövlət strukturlarının, yəni Prezidentlər səviyyəsində əldə olunan razılaşmaların icrasına məsuliyyət daşıyan qurumların fəaliyyətinin aktivləşdirilməsini məmnuniyyətlə qeyd etmək istərdim. Bu, öz növbəsində, hər iki tərəfi Türkmənistan-Azərbaycan əməkdaşlığında böyük potensial imkanlardan istifadəyə yönəlmiş yeni ideyaların və təşəbbüslərin axtarılmasına və icrasına stimullaşdırmalıdır. İmzalanmış Memorandumun əhəmiyyəti məsələsinə qayıdaraq, Sizin diqqətinizi bir daha ona yönəltmək istərdim ki, bu sənəd strateji istiqamətdə - enerji sahəsində Türkmənistan-Azərbaycan tərəfdaşlığında prinsipcə yeni mərhələ açır. Bunun üçün zəruri olan hər şey - həm siyasi iradə, həm texniki və texnoloji təchizatın yüksək səviyyəsi, yüksək ixtisaslı kadrlar və neft-qaz sahəsində zəngin iş təcrübəsi var. Lakin Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni əsrlərboyu türkmən və Azərbaycan xalqlarında mövcud olan möhkəm qardaşlıq telləridir. Burada Xəzər regionunda möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraiti yaradılmasına Türkmənistanın və Azərbaycanın töhfəsini və səyini xüsusi vurğulamaq istəyirəm. Məhz bizim iki ölkənin yüksək siyasi və diplomatik fəallığı nəticəsində son onilliklərdə Xəzəryanı dövlətlərin mütəmadi əsasda Zirvə görüşlərinin və digər yüksək forumlarının keçirilməsi mümkün olub, Xəzəryanı ölkələrin indiki və gələcək tələblərinə cavab verən, Xəzər dənizində təhlükəsizlik, iqtisadiyyat və ekologiya kimi mühüm sahələrdə çoxtərəfli qarşılıqlı fəaliyyətin əsas parametrlərini müəyyən edən beynəlxalq hüquqi baza yaradılıb. Fikrimcə, bu, çox cəhətdən Türkmənistan ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın yüksək səviyyəsi və Xəzər problemlərinə aid bütün məsələlərin həllinə bizim yanaşmalarımızın ümumiliyi sayəsində mümkün olub".

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO







Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO







40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb







Bakıda yataqxanada yanğın başlayıb


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.