XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



21 Yan
2021
18:01
806
21
Yan
18:01



"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat

Xəzər dənizi sülh, dostluq, mehriban qonşuluq və əmkdaşlıq dənizidir. 12 avqust 2018-ci ildə Xəzəryanı ölkələri tərəfindən imzalanmış “Xəzər dənizin hüquqi statusu haqqında” Konvensiya Xəzər dənizində əməkdaşlığın yeni formatını formalaşdırıb.

XeberOxu.Az-ın məlumatına görə,bunu  Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Konvensiya imzalanana qədər Xəzər dənizinin dibinin işlənməsi ilə əlaqədar ölkələr arasında müəyyən fikir ayrılığı yaranırdısa, artıq bu problem öz həllini tapıb:

“O cümlədən, Xəzərin Azərbaycan - Türkmənistan hissəsində dəniz dibinin ortaq hissəsində neftçilərimiz tərəfindən kəşf edilmiş böyük karbohidrogen ehtiyatına malik bizim Kəpəz, Türkmənistan tərəfinin Sərdar adlandırdığı yataq istismar olunmurdu. Həmin yataq artıq "Dostluq" yatağı adlandırılır və bu yatağın birgə işlənməsi ilə əlaqədar 21 yanvar 2021-ci ildə Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.

İmzalnmış memorandum ölkələrimiz üçün böyük tarixi əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistan eyni soykökə malik, hətta öz dilində danışanda bir-birini başa düşən dost ölkələrdir. Bu birgə memorandumu ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmlənməsinin simvolu adlandırardım”.

A.Badamov vurğulayıb ki, Türkmənistan və Azərbaycan beynəlxalq platformalarda bir-birini dəstəkləyən, yeni beynəlxalq nəqliyyat dəhlizlərinin ərsəyə gəlməsində eyni mövqedən çıxış edən ölkələrdir:

“Xəzər dənizində birgə fəaliyyət formatının formalaşması ölkələrimizin gələcək perspektivində bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəkdir. "Dostluq" yatağı böyük neft-qaz resursuna malikdir. Azərbaycan Avropaya qədər karbohidrogen resurslarını ixrac etməyinə imkan verən boru xətlərinə malikdir. Bu kəmərlər "Dostluq" yatağında istehsal olunacaq neft-qazın daşınmasında əsas rol oynaycaq. "Dostluq" yatağının birgə işlənməsi gələcəkdə Xəzər dənizin Türkmənistan sektorunda istehsal olunan neft-qazın Azərbaycan üzərindən tranzit daşınmasının əhəmiyyətini artıracaq.

Təbii ki, tranzit daşınmalar ölkəmizin iqtisadiyyatı üçün gələn əlavə gəlirlərdir. O cümlədən, "Dostluq" yatağının işlənməsi Azərbaycan və Türkmənistan respublikalarının eyni yataqdan mənfəət qazanması deməkdir. Azərbaycan neftçilərinin Xəzər dənizində neft-qaz istehsal etmək təcrübəsi böyükdür. Neftçilərimiz Xəzərin dərin qatlarındakı karbohidrogen resurslarının əldə edilməsinə imkan verən texnologiyalara malikdir. Düşnürəm ki, "Dostluq" yatağının birgə istismarı Xəzərdə Türkmənistanla birgə yeni yataqların istismar edilməsi üçün başlanğıc rolunu oynayacaq”.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO







Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO







40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb







Bakıda yataqxanada yanğın başlayıb


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.