XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



21 Yan
2021
18:42
727
21
Yan
18:42



20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub

Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşəbbüsü ilə 20 Yanvar faciəsi barədə məlumatlar yapon dilində sosial media şəbəkələrində yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, 31 il əvvəl SSRİ rəhbərliyinin günahsız xalqımıza qarşı törətdiyi qanlı və dəhşətli cinayətin səbəb və məqsədləri barədə Yaponiya ictimaiyyətinə ətraflı məlumatlar təqdim edilib. Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin haqlı tələblər irəli sürən, demokratik yollarla azadlıq və müstəqilliyə nail olmaq istəyən xalqımızın iradəsini qırmağa çalışdığı, amma buna nail olmadığı bildirilib. Ulu öndər Heydər Əliyevin bu qanlı hadisələr vaxtı həyatını təhlükəyə ataraq, Azərbaycan SSR-nin Moskva şəhərindəki daimi nümayəndəliyinə gəldiyi, baş verən faciədə keçmiş SSRİ və Azərbaycan rəhbərliyinin günahkar olduğunu bəyan etdiyi nəzərə çatdırılıb.

Bildirilib ki, 20 Yanvar şəhidlərinin arzuları xalqımızın mərdliyi, apardığı mübarizə nəticəsində həyata keçib. "Azərbaycan nəinki müstəqil dövlətə çevrilib, həmçinin qəhrəman ordumuz Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan torpaqlarımızı azad edib. Bu, şəhidlərimizin xatirəsinə ən layiqli hədiyyədir. Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin və milli birliyimizin rəmzi kimi bundan sonrakı nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq".

Məlumatda faciənin əks olunduğu fotolara geniş yer verilib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO







Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO







40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb







Bakıda yataqxanada yanğın başlayıb


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.